Səbinə Əliyeva: "Ana dilimiz kimliyimizin, yaddaşımızın və hüquqlarımızın təməlidir"

Səbinə Əliyeva: "Ana dilimiz kimliyimizin, yaddaşımızın və hüquqlarımızın təməlidir"
Kateqoriya məlum deyil
T

Ombudsman Səbinə Əliyeva 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə sosial media hesabında paylaşım edib.

Sfera.az xəbər verir ki, Ombudsman bildirib ki, Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü milli kimliyimizin, mənəvi irsimizin və doğma dilimizə ehtiramın ifadəsidir. Onun sözlərinə görə, ana dili insanın ilk kimliyi, mənəvi yaddaşı və dünyanı dərk etməsinin başlanğıcıdır. Hər bir insanın öz ana dilində danışmaq, təhsil almaq, fikir və yaradıcılığını sərbəst ifadə etmək hüququ fundamental insan hüquqlarının ayrılmaz hissəsidir.

Səbinə Əliyeva qeyd edib ki, Azərbaycan dili əsrlər boyu xalqımızın tarixini, ədəbiyyatını, mədəniyyətini və dövlətçilik ənənələrini yaşadan mənəvi sərvətdir. Dilimizin saflığının qorunması, zənginləşdirilməsi və gələcək nəsillərə ötürülməsi dövlətin, cəmiyyətin və hər bir vətəndaşın ortaq məsuliyyətidir.

O vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin dövlət dili və latın qrafikalı əlifba ilə bağlı qəbul etdiyi tarixi qərarlar bu sahədə möhkəm təməl yaradıb, Prezident İlham Əliyev isə bu siyasəti uğurla davam etdirir. Paylaşımda Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan dilinin və milli-mədəni irsin ölkə daxilində və beynəlxalq müstəvidə təbliği istiqamətində həyata keçirdiyi təşəbbüslərin də xüsusi əhəmiyyət daşıdığı bildirilib.

Ombudsman sonda hər kəsi ana dilini sevə-sevə yaşatmağa, onun saflığını qorumağa və Azərbaycan dilində səlis danışaraq zəngin fikir formalaşdırmağa çağırıb.

O, həmçinin dahi şair Bəxtiyar Vahabzadənin məşhur misralarını xatırladıb:

"Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır,
Bu dil bir-birimizlə əhdi-peymanımızdır."

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR