Logo

Telefonla böyüyən uşaqları hansı təhlükələr gözləyir?

Telefonla böyüyən uşaqları hansı təhlükələr gözləyir?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Müasir dövrdə mobil telefonlar uşaqların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Uşaqlar telefondan oyun oynamaq, video izləmək, sosial şəbəkələrdən istifadə etmək və müxtəlif məlumatlar əldə etmək üçün yararlanırlar. Lakin telefon qarşısında uzun müddət vaxt keçirmək onların fiziki və psixoloji inkişafına mənfi təsir göstərə bilər.

Bəs valideynlər uşaqları telefonun zərərli təsirlərindən necə qoruya bilərlər?

Sfera.az xəbər verir ki, mütəxəssislər valideynlərə ilk növbədə uşaqların telefon istifadəsinə nəzarət etməyi tövsiyə edirlər. Bunun üçün ailədə telefon istifadəsi ilə bağlı konkret qaydalar müəyyənləşdirilməli, uşaqların ekran qarşısında keçirdiyi vaxt məhdudlaşdırılmalıdır. Xüsusilə yemək zamanı və yatmazdan əvvəl telefon istifadəsinin qarşısı alınmalıdır.

Valideynlər uşaqların izlədiyi videolara, oynadığı oyunlara və internetdə daxil olduğu saytlara diqqət yetirməlidirlər. Eyni zamanda, telefonda valideyn nəzarəti funksiyalarından istifadə etmək, uşaqları idmana, kitaba və digər yaradıcı fəaliyyətlərə yönləndirmək vacibdir.

Uşaqların telefon asılılığından qorunmasında ailə mühitinin də böyük rolu var. Valideynlər övladları ilə daha çox vaxt keçirməli, onlarla söhbət etməli, birgə gəzintilər və maraqlı fəaliyyətlər təşkil etməlidirlər. Böyüklərin özlərinin də telefon istifadəsində nümunə olması uşaqların davranışlarına müsbət təsir göstərə bilər.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, 2 yaşadək uşaqların ekran qarşısında vaxt keçirməsi məsləhət görülmür. 2-4 yaşlı uşaqlar üçün isə gündəlik ekran vaxtı bir saatdan çox olmamalıdır.

Unutmaq olmaz ki, uşaqları texnologiyadan tamamilə uzaqlaşdırmaq deyil, onlara telefondan düzgün və təhlükəsiz istifadə etməyi öyrətmək əsas məqsəd olmalıdır. Uşaqların sağlam inkişafı üçün onların ekran qarşısında deyil, real həyatda daha çox vaxt keçirməsinə şərait yaradılmalıdır.\\milli.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR