Bu qadınlara işləməsələr də minimum əməkhaqqı veriləcək - RƏSMİ
Hərbçilərin işləməyən arvadlarının öz ərlərinin xidmət yeri üzrə işə düzəlməsi mümkün olmadıqda onlara minimum aylıq əməkhaqqı məbləğində aylıq pul müavinəti ödəniləcək.
Sfera.az xəbər verir ki, bu, “Hərbi qulluqçuların statusu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Belə ki, hazırda qüvvədə olan qanuna görə, hərbi qulluqçuların işləməyən arvadlarının öz ərlərinin xidmət yeri işə düzəlməsi mümkün olmadıqda onlara Azərbaycan Respublikasında fəhlə və qulluqçular üçün müəyyən edilmiş minimum əməkhaqqı məbləğində aylıq pul müavinəti ödənilir.
Təklif edilən dəyişikliyə əsasən, hərbi qulluqçuların işləməyən arvadlarının öz ərlərinin xidmət yeri üzrə işə düzəlməsi mümkün olmadıqda onlara minimum aylıq əməkhaqqı məbləğində aylıq pul müavinəti ödəniləcək.
Bəsti Rəfizadə
Sfera.az





