Uzun ömür üçün bu sadə hərəkəti edin – Fizioterapevtdən tövsiyə

Uzun ömür üçün bu sadə hərəkəti edin – Fizioterapevtdən tövsiyə
Kateqoriya məlum deyil
T

Məşhur fizioterapevt Vadnal uzun ömür və sağlamlıq üçün sadə, lakin faydalı bir hərəkət tövsiyə edib.

Sfera.az xəbər verir ki, fizioterapevt Vadnal “Time” jurnalına müsahibəsində turnikdə asılmağın tutma gücünü artırdığını və bunun sağlamlıq baxımından əhəmiyyətli olduğunu bildirib.

Vadnalın sözlərinə görə, turnikdən asılmaq əl və barmaqların tutma gücünü inkişaf etdirir. O, tutma gücü ilə ömür uzunluğu arasında əlaqəni göstərən araşdırmaya istinad edərək, zəif tutma gücünün erkən ölüm və ürək-damar xəstəlikləri riskinin artması ilə əlaqəli olduğunu qeyd edib.

Fizioterapevt bildirib ki, qolları baş üzərinə qaldıraraq asılmaq xüsusilə uzun müddət masa arxasında işləyən insanlar üçün rahatlıq yarada bilər. Asılma zamanı gərgin döş əzələləri, qolun arxa hissəsində yerləşən üçbaşlı əzələ və kürəyin geniş əzələləri dartılır.

Vadnalın sözlərinə görə, bu hərəkətdən sonra insan özünü bir qədər daha hündür hiss edə, duruşunun isə daha düz olduğunu müşahidə edə bilər.

Fizioterapevt asılmanın passiv və aktiv formada həyata keçirilə biləcəyini bildirib. Passiv asılma zamanı insan əzələlərini mümkün qədər rahat saxlayaraq bədən çəkisinin aşağı doğru dartılmasına imkan verir. Aktiv asılmada isə kürək sümükləri aşağıya, qulaqlardan uzağa doğru çəkilir. Bu zaman çiyin və kürək əzələləri daha aktiv işləyir.

Mütəxəssis qeyd edib ki, turnikdə asılma hər kəs üçün uyğun olmaya bilər. Xüsusilə çiyin, dirsək, bilək və onurğa problemi olan şəxslər bu hərəkəti etməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR