Gürcüstanla yeni sərhəd-keçid məntəqəsi yaradılacaq
Kateqoriya məlum deyil
Gürcüstanın Kaxeti bölgəsinin Siqnaxi şəhərində Baş nazirlər Əli Əsədov və İrakli Kobaxidzenin sədrliyi ilə Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 11-ci iclasında nəqliyyat infrastrukturunun inkişafı çərçivəsində sərhəd-keçid imkanlarının genişləndirilməsi məsələləri də nəzərdən keçirilib.
Sfera.az xəbər verir ki, iclasda Azərbaycan-Gürcüstan dövlət sərhədində "İpək Yolu (Ağstafa) - Abreşumis Qza (Qardabani)" birgə sərhəd-keçid məntəqəsinin yaradılması layihəsinin əhəmiyyəti vurğulanıb.
Layihənin praktiki həyata keçirilməsinə dair iclas çərçivəsində imzalanması nəzərdə tutulan sənədin müvafiq işlərin sürətləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.






