Yuxusuzluqdan əziyyət çəkənlərə xəbərdarlıq: BUNU ETMƏYİN

Amerikalı terapevt Ruçir Patel yuxusuzluqla mübarizənin əsas qaydasını açıqlayıb.
Sfera.az xəbər verir ki, həkim bu barədə “Eating Well” nəşrinə müsahibəsində danışıb.
Patelin sözlərinə görə, yuxusuzluğun qarşısını almaq üçün həftəiçi və həftəsonu eyni vaxtda yatıb oyanmaq lazımdır.
Həkim bildirib ki, həftəsonu əlavə saatlarla yatmaq “sosial jetlaq”a səbəb ola və insanın sirkadiyan ritmini poza bilər.
“Bir çox insan həftəsonu əlavə saatlarla yatmağın sosial jetlaqa səbəb olduğunu və bunun saat qurşağının dəyişməsi zamanı baş verən proses kimi sirkadiyan ritmləri poza biləcəyini anlamır”, – deyə Patel izah edib.
Həkim vurğulayıb ki, sabit gündəlik rejim yalnız yuxuya daha asan getməyə kömək etmir, həm də sağlamlığın möhkəmlənməsinə xidmət edir.
Patel həmçinin yuxu rejiminin insanın təbii sirkadiyan ritminə uyğunlaşdırılmasının yuxunun keyfiyyətini yaxşılaşdırdığını və gün ərzində ayıqlığı artırdığını göstərən araşdırmalara istinad edib.
Qeyd edək ki, daha əvvəl somnoloq Maksim Novikov gecə saatlarında tez-tez oyanmanın az bilinən səbəblərindən danışıb. O, belə problemlə üzləşən insanlara yuxu apnesi ilə bağlı müayinədən keçməyi tövsiyə edib.
İnci
Sfera.az






