Həmin avtobusun yolu dəyişdirildi
Kateqoriya məlum deyil
Novxanı qəsəbəsi istiqamətində əsas yol bağlı olduğuna görə çimərliklərin ərazisi ilə gedən 537 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib.
Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, Novxanı-Pirşağı yolunda (Sahil küçəsi) aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
Məhdudiyyət səbəbindən 537 nömrəli müntəzəm marşrutun hərəkəti 52-ci Bağlar, 13-cü Bağlar və 18-ci Bağlar küçələri ilə təşkil edilib.






