Şahdağa 14 sm qar yağıb - FAKTİKİ HAVA

Şahdağa 14 sm qar yağıb - FAKTİKİ HAVA

Ölkə ərazisində martın 30-u saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti sabit olub, əsasən yağmursuz keçib.

 

Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, qar örtüyü tədricən əriyib, Şahdağda 14 sm olub.

 

Sumqayıt, İmişli, Cəfərxan, Şabran, Astarada duman müşahidə olunub. Görünüş 200-500 metrədək məhdudlaşıb.

 

Havanın maksimal temperaturu iqlim normasından dörd dərəcə yuxarı olub. Bakıda və Abşeron yarımadasında 19 dərəcəyədək isti, Naxçıvan Muxtar Respublikasında 16-21 dərəcə isti, Aran rayonlarında 19-22 dərəcə isti, dağlıq rayonlarda 15 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə altı dərəcəyədək isti olub.


OXŞAR XƏBƏRLƏR