\"Bütün türk dövlətləri qazanacaq\" - Ərdoğanın Azərbaycanla bağlı təsdiqlədiyi sənəd nələri dəyişəcək?

\
Xəbər verdiyimiz kimi "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumu nəhayət Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən də təsdiqlənib.

Sözügedən sənəd ötən ilin dekabrın 10-da imzalanıb. Fevralın 18-də Azərbaycan Prezidenti İlham Əliyev anlaşma memorandumunun təsdiq edilməsi barədə qanunu imzalayıb.

Görəsən, imzalanan bu memorandum hər iki ölkədə medianın inkişafına hansı töhfələr verəcək?

Məsələ ilə bağlı Sfera.az-a danışan Bakı Beynəlxalq Mulltikulturalizm Mərkəzinin şöbə müdiri, jurnalist Yadigar Məmmədlinin fikrincə, sözügedən sənəd tək Türkiyə ilə Azərbaycan deyil, ümumiyyətlə bütün türk dövlətləri arasında media və digər sahələrdə münasibətlərin möhkəmlənməsinə xüsusi töhfə verəcək:
 
"İki dövlət arasında münasibətlər bütün parametrlər üzrə əməkdaşlıq baxımından son illər daha sürətlə inkişaf edir. Bu media sahəsinə də aiddir. İki qardaş ölkə mediası arasında əməkdaşlığın genişlənməsi ona gətirib çıxaracaq ki, Azərbaycan mediası Türkiyə mediasının imkanlarından yararlanacaq. İlk növbədə onların peşəkarlığından yararlana bilərik. Birgə tədbir və təcrübələr də keçirilə bilər. Türkiyə mətbuatının dünya mətbuatında xüsusi yeri var. Qlobal media qurumlarının Türkiyədə nümayəndəlikləri fəaliyyət göstərir. Türkiyə onlara birbaşa çıxış əldə edib. Azərbaycan da bu imkanlardan istifadə edə bilər. Ölkəmizlə bağlı informasiyaların dünyaya yayılmasında Türkiyə mətbuatı unikal imkanlara malikdir. Bir sözlə, imzalanan memorandumdan həm Azərbaycan və Türkiyə mediası, həm də bütün digər türk dövlətləri qazanacaq. Bu addım türk dövlətləri arasında münasibətləri daha da möhkəmləndirəcək”.
 
Elçin
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Milyarderin qızı İTKİN DÜŞDÜ - FOTOLAR

“Slack” mesajlaşma proqramının həmtəsisçisi, milyarder Stüart Batterfildin 16 yaşlı qızı yoxa çıxıb.   Sfera.az bildirir ki, Mint Batterf...

İlham Əliyev: "COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir"

COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Preziden...

Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”

“Aprelin 22-də Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təşəbbüsü ilə dövlət səviyyəsində keçirilən, Baykal-Amur Magistralının (BAM) 50...

Bakıda bu yolla narkotik satışını HƏYATA KEÇİRİRLƏR: "Gözümüzün önündə..."

"Bakının küçələrində divarlarda, qarajların üzərində naməlum teleqram kanallarının ünvanı yazılır. Məlum olub ki, bu kanallar narkotik vasitələrinin s...

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində ÇIXIŞ EDİR - YENİLƏNDİ - 3

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində keçirilən XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edib. ...

"ABŞ Çinin qanuni inkişaf hüquqlarını pozmaqda davam edir" - Vanq Yi

“Vaşinqton və Pekin arasında münasibətlərə xələl gətirən mənfi tendensiyalar hələ də artmaqdadır, çünki Birləşmiş Ştatlar Çinin qanuni inkişaf hüquqlarını...