Azərbaycanlıları öldürən erməni “Rembo” həbs olundu – ŞOK

Azərbaycanlıları öldürən erməni “Rembo” həbs olundu – ŞOK

Ermənistan məhkəməsi Qarabağ veteranı, "Rembo” ləqəbli keçmiş döyüşçü Stepan Stepanyanın barəsində həbs qərarı çıxarıb.

 

Publika.az Ermənistanın "Iragir.am” saytına istindən xəbər verir ki, Stepan Stepanyan qanunsuz silah-sursat saxlamaqda ittiham olunur.

 

Ermənistanın hüquq-mühafizə orqanlarının apardığı axtarış zamanı Stepan Stepanyanın dostunun evində ona məxsus olan avtomat silahı, 10 ədəd avtomat darağı, qumbara və digər hərbi ləvazimatlar aşkarlanıb. Məhkəmə buna görə də keçmiş döyüşçünü həbs edib.

 

Stepan Stepanyanın qızı Alyona Stepanyan isə məhkəmənin ədalətsiz qərar çıxardığını söyləyərək, həmin silahların birinci Qarabağ müharibəsindən qaldığını söyləyib.

 

Alyona Stepanyan atasının ötən  əsrin 90-cı illərində Qarabağda azərbaycanlılara qarşı cinayət əməlləri törətməsini də etiraf edib:

 

"Atam xəstə və yaşlı adamdır. Bu silahlar indi onun nəyinə lazımdır? Atam bu silahları Qarabağ döyüşlərindən saxlayır. Vaxtilə həmin silahlarla azərbaycanlıları öldürüb. İndi Ermənistanın atama təşəkkürü budur? Atam kimi döyüşçülər olmasaydı, indi Qarabağ Ermənistanda olmazdı”.



OXŞAR XƏBƏRLƏR

Milyarderin qızı İTKİN DÜŞDÜ - FOTOLAR

“Slack” mesajlaşma proqramının həmtəsisçisi, milyarder Stüart Batterfildin 16 yaşlı qızı yoxa çıxıb.   Sfera.az bildirir ki, Mint Batterf...

İlham Əliyev: "COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir"

COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Preziden...

Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”

“Aprelin 22-də Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təşəbbüsü ilə dövlət səviyyəsində keçirilən, Baykal-Amur Magistralının (BAM) 50...

Bakıda bu yolla narkotik satışını HƏYATA KEÇİRİRLƏR: "Gözümüzün önündə..."

"Bakının küçələrində divarlarda, qarajların üzərində naməlum teleqram kanallarının ünvanı yazılır. Məlum olub ki, bu kanallar narkotik vasitələrinin s...

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində ÇIXIŞ EDİR - YENİLƏNDİ - 3

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində keçirilən XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edib. ...

"ABŞ Çinin qanuni inkişaf hüquqlarını pozmaqda davam edir" - Vanq Yi

“Vaşinqton və Pekin arasında münasibətlərə xələl gətirən mənfi tendensiyalar hələ də artmaqdadır, çünki Birləşmiş Ştatlar Çinin qanuni inkişaf hüquqlarını...