İqtİsadİyyat

“Türk axını”nın kəmərinin işə düşəcəyi vaxt açıqlandı

“Türk axını”nın kəmərinin işə düşəcəyi vaxt açıqlandı
"Türk axını”nın kəmərinin xətti ilə qazın ötürülməsi 2020-ci ilin 1 yanvarında işə düşə bilər.

Sfera.az xəbər verir ki, bu açıqlama ilə Rusiyanın energetika naziri Aleksandr Novak çıxış edib. Nazirin sözlərinə görə, kəmərin tikintisi qrafikə uyğun aparılır. O, "Türk axını” ilə daşınacaq qazın iki prioritet alıcısı kimi Bolqarıstan və Avstriyanın adını çəkib.

"Bu xəttin davamı Avropanın cənub-şərq hissəsini qazla təmin etməlidir. Müxtəlif marşrut variantları var. Yunanıstan və İtaliya variantları var, digər variantlar qazın Türkiyədən Bolqarıstana, daha sonra Serbiya, Macarıstan və Avstriyaya ötürülməsidir” - energetika naziri belə deyib.

Rusiyanın Anapa şəhərindən Türkiyənin Avropa hissəsinə qədər Qara dənizin dibi ilə uzanan qaz kəmərinin tikintisinin 2019-cı ilin sonunadək yekunlaşacağı gözlənilir. Qazın yarısı Türkiyə, digər yarısı Cənubi və Cənubi-şərqi Avropa ölkələrinin qaz təminatı üçün nəzərdə tutulub.
 
Rəsul
Sfera.az


 
AdRiver

XƏBƏR LENTİ