Zaxarovadan Makronun fikirlərinə SƏRT REAKSİYA: "Hədəfə çevriləcəklər"

Zaxarovadan Makronun fikirlərinə SƏRT REAKSİYA:

Fransa Prezidenti Emmanuel Makronun fikirləri yenidən gündəm olub. O, fevral ayında verdiyi açıqlamada gələcəkdə Ukraynaya fransız əsgərlərinin göndərilməsini istisna etmədiklərini və bunun müzakirələrin başlamasına səbəb olduğunu bildirib.

 

Sfera.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirilən mətbuat konfransında Makronun bəyanatı ilə bağlı sualları cavablandırıb.

 

O, fikirlərini bu cür ifadə edib:

 

“Makronun bu çıxışı onun Rusiya üçün bir növ “strateji qeyri-müəyyənlik” yaratmaq istəyindən irəli gəlir. Biz Makronu məyus etməliyik”.

 

Zaxarova qeyd edib ki, əgər fransızlar münaqişə zonasında görünmək istəsələr, Rusiya ordusunun hədəfinə çevriləcəklər.

 

Günay


OXŞAR XƏBƏRLƏR