Bloqqer 26 “Tesla” avtomobilini pulsuz hədiyyə edəcək - FOTOLAR

Bloqqer 26 “Tesla” avtomobilini pulsuz hədiyyə edəcək - FOTOLAR

MrBeast kimi tanınan amerikalı bloqqer Cimmi Donaldson 26 “Tesla” elektrik avtomobilini hədiyyə etmək qərarına gəlib. O, bunu 26 yaşı tamam olması münasibətilə etdiyini bildirib. 


Sfera.az bildirir ki, MrBeast “İnstaqram” abunəçiləri arasında “Tesla Model 3” və “Cybertruck” elektrik avtomobillərini hədiyyə edəcək. Bunun üçün onun “İnstagram”dakı paylaşımına şərh yazmaq kifayətdir. MrBeast qeyd edib ki, o, 25 ağ “Tesla Model 3” sedanı və bir “Tesla Cybertruck” pikapı hədiyyə edəcək. Püşkatmada onun səhifəsinin yalnız ABŞ, Avstraliya, Böyük Britaniya, Hindistan, Kanada, Meksika, Almaniya, Cənubi Koreya, Fransa, Çili və Yaponiyada yaşayan 18 yaşdan yuxarı abunəçiləri iştirak edə bilər.


Tesla elektrik avtomobilini qazanmaq üçün onun “İstagram”da bir postunu bəyənmək və iki dostun adını çəkərək şərh yazmaq lazımdır . Püşkatma mayın 10-dək davam edəcək və bloqqer mayın 14-də qaliblərin adını açıqlayacaq.


Maraqlıdır ki, “Tesla”nın postla heç bir əlaqəsi yoxdur və avtomobillər təqdim etməyib, ona görə də bu avtomobillər satın alınıb. Üstəlik, qaliblər istəsələr, elektromobillərdən imtina edərək nağd pul ekvivalentini (“Tesla Model 3” üçün 39 000 dollar və “Tesla Cybertruck” üçün 120 000 dollar) götürə biləcəklər.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR