Özlərini özəl hiss edirlər: Eyni cinsdən dördəmləri oldu - FOTO

Özlərini özəl hiss edirlər:  Eyni cinsdən dördəmləri oldu - FOTO

Texaslı (ABŞ) Mercedes Sandhu çox nadir eyni dördəmlər dünyaya gətirib. Körpələr xəstəxanadadır, qidalanma borusu vasitəsilə qida alır və xüsusi aparat vasitəsilə nəfəs alırlar.

 

Sfera.az bildirir ki, həkimlər eyni dördəmlərin olma şansının 15 milyonda bir olduğunu təxmin edirlər. İki oğul anası olan 34 yaşlı amerikalı qadın Hannah Grace, Lucy Marie, Rebecca Claire və Petra Annanı mayın 1-də IVF köməyi olmadan dünyaya gətirib. Mercedes və həyat yoldaşı Conatan özlərini özəl hiss edirlər, çünki onların dörd eyni qızı var. Onların həm də 3 yaşlı Luka və 18 aylıq Harun adlı övladları var.


Hannah Grace, Lucy Marie, Rebecca Claire və Petra Ann hamiləliyin 29-cu həftəsində qeysəriyyə əməliyyatı ilə dünyaya gəliblər.

 

Amerikalı üçüncü hamiləliyinin sürpriz olduğunu bildirib.

 

"Heç bir şəkildə cəhd etmirdik, amma həyəcanlandıq. Oğlanlarımıza başqa bir bacı vermək fikrini çox sevirdik. Amma biləndə ki, onlar dördüz olacaq... Aman Allahım, şoka düşdüm”- deyə Mersedes yerli mediaya müsahibəsində bildirib.

 

Qeyd edək ki, tibb tarixində təxminən 72 eyni dördəmlərin kortəbii şəkildə doğulması faktı qeydə alınıb. DNT testi bacıların eyni olduğunu təsdiqləyib. Lakin cütlük 100% əmin olmaq üçün qəti plasenta testini gözləyir.


Mercedes ona ultrasəs ekranında ilk dəfə dörd kiçik kisə göründüyü deyiləndə cəmi yeddi həftəlik hamilə olub.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR