500 milyard parametrli süni intellekt yaradılacaq

500 milyard parametrli süni intellekt yaradılacaq

Microsoft özünün ən böyük süni intellekt (AI) modelini inkişaf etdirəcək.

Sfera.az xəbər verir ki, bu barədə “The Information” məlumat yayıb.

Yeni süni intellekt modeli MAI-1 Microsoft-un ən böyük modeli olacaq. Onun 500 milyard parametrə malik olacağı gözlənilir. Mütəxəssislər izah ediblər ki, model nə qədər çox parametrə malikdirsə, onun bilik bazası bir o qədər genişdir. Müqayisə üçün qeyd edək ki, OpenAI-dən GPT-4 bir trilyon parametrə malikdir, Microsoft-un kiçik AI modeli Phi-3-mini 3,8 milyard parametrə malikdir.


Məlumatda deyilir ki, model sıfırdan yaradılır - şirkətin mütəxəssisləri digər süni intellekt alətləri əsasında model hazırlamaq əvəzinə bu yolu seçiblər. O, Microsoft-un öz məhsul və xidmətlərində istifadə olunacaq.
 

Layihənin rəhbərinin Google DeepMind həmtəsisçisi və Inflection AI-nin keçmiş baş direktoru Mustafa Süleymandır. İnsayderlər həmçinin bildiriblər ki, korporasiya MAI-1-i mayın 21-də baş tutacaq Microsoft Build konfransı zamanı elan edə bilər.
 

Xatırladaq ki, prelin əvvəlində məlum olmuşdu ki, OpenAI və Microsoft birləşərək süni intellekt dəstəyi ilə superkompüter buraxacaqlar. Layihənin büdcəsi 100 milyard dollar ola bilər.


İnci


OXŞAR XƏBƏRLƏR