“Miss USA 2023” gözəllik kraliçası titulundan imtina etdi: Səbəb

“Miss USA 2023” gözəllik kraliçası titulundan imtina etdi: Səbəb

“Miss USA 2023” seçilən 24 yaşlı Noelia Voyt sahib olduğu tituldan imtina etdiyini İnstaqramda elan edərək pərəstişkarlarını şoka salıb. Qız bu addımının səbəblərini izah etdiyi ətraflı bir post da paylaşıb. 

 

Sfera.az bildirir ki, Noelia Voyt yeddi il tac arzusunun arxasınca gedib. Lakin qələbədən sonra psixi sağlamlığının onun üçün daha vacib olduğunu anlayaraq, ciddi qərar verib.

 

"Həyatda psixi sağlamlıq üçün ən yaxşı qərarların qəbul edilməsinin vacibliyini yüksək qiymətləndirirəm. “Miss USA” kimi səyahətim inanılmaz mənalı olub: qürurla “Miss Universe”də Yutahı, sonra isə ABŞ-ı təmsil etmişəm. Təəssüf ki, tituldan imtina etmək üçün çox çətin bir qərar verdim” - deyə o, yazıb. 


Noelia pərəstişkarlarına, ailəsinə, şou rəhbərlərinə və bir çox başqalarına dəstəyə görə təşəkkür edib. O, “Miss USA 2023”ün ona əvəzolunmaz təcrübələr, dostluqlar və ömürlük əlaqələr gətirdiyini qeyd edib.

 

Onu tacdan imtina etməyə məcbur edən səbəb psixi sağlamlıq problemləri olub.

 

"Fiziki və psixi sağlamlığınızda heç vaxt güzəştə getməyin. Sağlamlığımız bizim sərvətimizdir”- deyə Noelia vurğulayıb.

 

O, öz bəyanatında immiqrantlara qarşı zorakılıq, təqib və hücumlara qarşı mübarizəyə xüsusi diqqət yetirib.

 

“Hər dəfə məndən “Miss USA” olmağın ən çox sevdiyim tərəfinin nə olduğunu soruşduqda, həmişə onlara deyirəm ki, “Smile Train” (yarıq damaqları olan uşaqlara kömək edən qeyri-kommersiya təşkilatı) ilə işləməkdən nə qədər zövq aldığımı bildirirəm. Noelia “Miss USA”nı qazanan ilk Venesuela-Amerikalı kimi zorakılıqla mübarizə və onun qarşısının alınması, immiqrasiya hüquqları və islahatları ilə məşğul olur. Onun anası Venesueladan ABŞ-a köçən miqrantdır. 


“Miss USA” və “Miss Teen USA” müsabiqələrinin Instagram hesabları birgə paylaşımda Voytub qərarını dəstəkləyib.

 

"Biz Noeliyanın istefa qərarını hörmətlə qarşılayırıq və dəstəkləyirik. İşçilərimizin rifahı əsas prioritetdir və biz başa düşürük ki, o, bu anda özünü prioritet hesab etməlidir"- bəyanatda deyilir.


Növbəti "Miss USA" müsabiqəsinin avqust ayında keçirilməsi planlaşdırılır.

 

Noelia Voyt əvvəlcə ötən ilin aprelində "Miss Utah 2023" titulunu qazanıb, daha sonra sentyabrda milli müsabiqənin 72-ci qalibi olub. O, həmçinin “Miss Universe” müsabiqəsində ABŞ-ı təmsil edib. Qız interyer dizaynını öyrənib və öz dizayn firmasını qurmağı, həmçinin iştirakçılara evlərini təmir etməkdə köməklik göstəriləcək televiziya şousuna ev sahibliyi etməyi xəyal edirdi. O, immiqrasiya məsələləri ilə də maraqlanır.


Bundan əlavə, Noeliya zorakılıq və onun qarşısının alınması problemini qaldıran "Cəsur Maddi" adlı uşaq kitabı yazdı. Kitab, Alabama ştatının Birmingem şəhərindən olan 9 yaşlı Maddi Uitsett adlı qızın hekayəsindən bəhs edir. Məktəbdə digər şagirdlər tərəfindən zorakılığa məruz qalan Maddi bir müddət sonra intihar edir.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR