Bu müəllimlər MİQ-in birbaşa vakansiya seçimində İŞTİRAK EDƏ BİLƏRLƏR

Bu müəllimlər MİQ-in birbaşa vakansiya seçimində İŞTİRAK EDƏ BİLƏRLƏR

Xəbər verdiyimiz kimi, 2024-2025-ci tədris ili üçün keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilib.

 

Bəs müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi ilə əlaqədar ötən illərdəki nəticələr MİQ imtahanlarında nəzərə alınacaqmı?

 

Sfera.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin MİQ-lə bağlı sual-cavab bölməsində qeyd  edilib:


 
“Ümumi təhsil müəssisələrində ixtisası üzrə fasiləsiz 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərmiş və 3 ildən az müddətə işdən ayrılmış, bilik və bacarıqların diaqnostik qiymətləndirilməsində iştirak etmiş şəxslər qiymətləndirmə nəticələrinə uyğun müəllimlərin işə qəbulu müsabiqəsinin birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər. Həmin şəxslər elektron ərizələrində “müsabiqə növü” bölməsində müvafiq bəndi seçməlidirlər”.


 
Qeyd edək ki, MİQ müsabiqəsi 4 mərhələdən ibarətdir: elektron ərizədəki göstəricilərin yoxlanılması, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələsi.


 
Elektron ərizələrin yoxlanılmasından sonra test imtahanı mərhələsində keçid balı toplamış namizədlər səkkiz vakant yer seçə bilərlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır.

 

Firuzə Əliyeva



 


OXŞAR XƏBƏRLƏR