Süleymaninin qızı əlində silah məscidə girdi, kürsüyə qalxaraq... - ÇAĞIRIŞ

Süleymaninin qızı əlində silah məscidə girdi, kürsüyə qalxaraq... - ÇAĞIRIŞ
İran İnqilab Keşikçiləri Korpusunun Qüds gücləri taborunun öldürülmüş komandiri general Qasım Süleymaninin qızı Zeynəb Süleymani Kirman şəhərindəki məscidlərdən birinə gələrək cümə namazı vaxtı əlində silah kürsüyə qalxıb.

ABŞ-ı dövlət terrorunda ittiham edən Zeynəb Süleymani, atasının 40 illik xidməti dövründə ali dini liderin rəhbərliyi altında ölkəsinə xidmət etdiyini bildirərək, İran hökumətindən onun qisasının alnmasını tələb edib.

Qeyd edək ki, Zeynep Süleymani atasının öldüyü xəbərini alandan bu yana dəfələrlə İran hökuməti və Livan Hizbulahından onun qisasını almağı tələb edib. Zeynəb Süleymani, hətta atasının ölüm xəbərindən sonra evlərini ziyarət edən İran prezidenti Həsən Ruhaniyə kameralar önündə "atamın qisasını kim alacaq" sualı vermişdi. İran prezidenti cavabında "narahat olmayın, sui-qəsdin qisası alınacaq" cavabı vermişdi.

Bir neçə gün öncə İran ABŞ-ın İraqda yerləşən iki hərbi bazasına 10-dan çox raket atdı. Lakin, bu raket atışları nəticəsində ABŞ əsgərlərinin xəsarət almadığı üzə çıxdı. Beynəlxalq ictimaiyyət İranın raket atışlarının adekvat olmadığı fikirindədir. Zeynəb Süleymaninin bu gün atasının qisasını tələb etməsindən görünür ki, o da İranın Qasım Süleymani üçün yetərli qisas almadığını düşünür.

Avropa.info

OXŞAR XƏBƏRLƏR

Azərbaycanın mənzil fondu köhnəlib – İllər üzrə bölgü

Azərbaycan əhalisinin əksər hissəsi 1991-ci ildən öncə tikilmiş mənzillərdə yaşayır.  Sfera.az rəsmi statistikaya istinadən xəbər verir ki, əhalinin 6...

Milyarderin qızı İTKİN DÜŞDÜ - FOTOLAR

“Slack” mesajlaşma proqramının həmtəsisçisi, milyarder Stüart Batterfildin 16 yaşlı qızı yoxa çıxıb.   Sfera.az bildirir ki, Mint Batterf...

İlham Əliyev: "COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir"

COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Preziden...

Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”

“Aprelin 22-də Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təşəbbüsü ilə dövlət səviyyəsində keçirilən, Baykal-Amur Magistralının (BAM) 50...

Bakıda bu yolla narkotik satışını HƏYATA KEÇİRİRLƏR: "Gözümüzün önündə..."

"Bakının küçələrində divarlarda, qarajların üzərində naməlum teleqram kanallarının ünvanı yazılır. Məlum olub ki, bu kanallar narkotik vasitələrinin s...

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində ÇIXIŞ EDİR - YENİLƏNDİ - 3

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində keçirilən XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edib. ...