Eqoist valideynlər və manipulyasiya - Erkən nikah bəlasından niyə qurtula bilmirik?

Eqoist valideynlər və manipulyasiya -  Erkən nikah bəlasından niyə qurtula bilmirik?
Azərbaycanda uşaq nikahların;n sayı azalmır. Konkret olaraq bu istiqamətdə rəsmi rəqəmlər açıqlamaq mükünsüz olsa da, problem hələ də qalmaqdadır.  Erkən yaşda ailə həyatı qurmağın yaratdığı psixoloji sarsıntılar isə danılmazdır. 

Psixoloq Tünzalə Verdiyeva ilə erkən nikahların səbəb və nəticələri haqda danışdıq.

- 18 yaşı tamam olmamış gənclərin nikaha girməsi onların psixoloji durumuna necə təsir edir?

-  Əksər hallarda yeniyetmələrin psixoloji durumunda böhran vəziyyəti yaranır. Onlar həyata keçməyən arzularının, ödənilməyən tələbatlarının, yaşaya bilmədikləri uşaqlıqlarının həsrətini çəkirlər.  Bəzi nümunələrdə isə ilk vaxtlar qısamüddətli "xoşbəxtlik hissi” yaşanılır. Dəbdəbəli nişan, xına mərasimi, toy məclisi və bahalı hədiyyələr yeniyetmənin gözünü boyuyur. Təriflənmək, diqqət mərkəzində olmaq onların xoşuna gəlir. Amma ailə həyatının cox ciddi məsuliyyətləri ilə qarşılaşanda "xoşbəxtlik hissi” öz yerini ciddi sarsıntı və təəssüf hissinə verir.

- 18 yaşına çatmayan valideynin dünyaya gətirdiyi uşaqların psixoloji vəziyyəti necə olur?

- Uşağın ümumi inkişafına təsir edən faktorlar içərisində ən önəmlisi valideyn qayğısıdır. Fiziki, fizioloji, əqli və psixoloji cəhətdən uşağın inkişafı, ona olan münasibətlə birbaşa bağlıdır.  18 yaşına çatmayan valideynlərin himayəsi altında doğulan və böyüyən uşaqların psixoloji vəziyyəti olduqca acınacaqlıdır. Çünki bu valideynlərin uşaq inkişafı ilə bağlı bilik, bacarıq və səriştəsi yoxdur. Bu uşaqlar pedoqoji baxımsızlığa məruz qalırlar. Onların istedad və qabiliyyətləri inkişaf etdirilmir. Özünü  bədbəxt və depressiv hiss edən ananın mənfi emosiyaları uşağa keçir. 
 
- Uşaqların nikaha girməsinə özlərinin psixoloji durumu təsir edir, yoxsa onlar hər zaman məcbur edilirlər? 

-  Bu suala birmənalı şəkildə cavab vermək olmaz. Vəziyyət şəxsə və qrupa, hətta məkana(şəhər və kənd) görə dəyişir. Bəzi hallarda yeniyetmələr arasında sevgi münasibətləri, onların birlikdə yaşamaq cəhdləri (qoşulub qaçma) hətta valideynləri toy etmək məcburiyyəti qarşısında qoyur. Başqa bir nümunədə isə azyaşlı qızlar yaşca özlərindən boyük oğlanların təsiri altına düşür, mütəmadi olaraq manipulyasiya (Manipulyasiya —idarə edən insanın mənafeyinə uyğun şəkildə digər bir insanın davranışının gizli idarə olunması prosesidir) olunurlar. Şəhvət hissi ilə sevgi hissini ayırd etməkdə çətinlik çəkirlər. Nəticədə qarşı tərəfin əsl məqsədi ortaya çıxanda yeniyetmələr çox böyük xəyal qırıqlığına uğrayırlar.  Şəhər və kənd mühitini analiz edərkən biz fərqli mənzərə ilə qarşılaşırıq. Şəhərdə yaşayan yeniyetmələr arasında nigahdan əvvəl cinsi yaxınlıq halları daha çox olsa da bu vəziyyət nigaha daxil olmaqla nəticələnmir. Kənd mühitində isə  bu vəziyyətin ifşa oluması çox ciddi problem kimi (namus  məsələsi, namus cinayətləri) qəbul olunur və məsələnin həllinə tərəfləri nigaha məcbur etməklə nail olurlar.

- Uşaqların nikaha girməsində valideynlərin psixoloji rolu hansı səviyyədədir?

- Valideynlər  uşaqları çox vaxt istədikləri kimi yönləndirirlər. Çünki, yeniyetməlik yaş dövrünün əsas xüsusiyyətlərindən  biri özünü başqalarının  gözü  ilə görmək, onların sözləri ilə qiymətləndirməkdir. Bu yaşda uşağa "sən təhsildə uğur qazana bilməzsən” deyildiyində onda özünə inam hissi aşağı düşür. Psixoloji cəhətdən inadırmağa çalışırlar ki, ailə həyatı onun gələcəyinin qarantıdır.  Çox vaxt uşaqlar hesab edirlər ki, valideynlər onlar üçün hər şeyin ən yaxşısını arzu edir və həyata keçirirlər. 

-  Uşaqların nikaha girməsində ailənin digər üzvlərinin rolu da varmı?

- Ailənin digər üzvləri bu hala biganə qaldıqda və yaxud da təşviq edici sözlər dedikdə vəziyyət dəyişmir. Amma bacı, qardaş və ya nənə, baba bu vəziyyətlə barışmasa və mübarizə aparsa, yeniyetmənin həyatı yaxşı mənada dəyişə bilər. Çünki həyatın kövrək, böhranlı və təlatümlü dövründə verilən mənəvi dəstək, söylənilən ümidverici sözlər uşaqların nikaha girməsinə mane olar və təhsillərini davam etdirməkdə, uğurlu kariyera və xoşbəxt gələcək üçün zəmin yaradar.

Nigar Məhərrəm
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Milyarderin qızı İTKİN DÜŞDÜ - FOTOLAR

“Slack” mesajlaşma proqramının həmtəsisçisi, milyarder Stüart Batterfildin 16 yaşlı qızı yoxa çıxıb.   Sfera.az bildirir ki, Mint Batterf...

İlham Əliyev: "COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir"

COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Preziden...

Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”

“Aprelin 22-də Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təşəbbüsü ilə dövlət səviyyəsində keçirilən, Baykal-Amur Magistralının (BAM) 50...

Bakıda bu yolla narkotik satışını HƏYATA KEÇİRİRLƏR: "Gözümüzün önündə..."

"Bakının küçələrində divarlarda, qarajların üzərində naməlum teleqram kanallarının ünvanı yazılır. Məlum olub ki, bu kanallar narkotik vasitələrinin s...

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində ÇIXIŞ EDİR - YENİLƏNDİ - 3

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində keçirilən XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edib. ...

"ABŞ Çinin qanuni inkişaf hüquqlarını pozmaqda davam edir" - Vanq Yi

“Vaşinqton və Pekin arasında münasibətlərə xələl gətirən mənfi tendensiyalar hələ də artmaqdadır, çünki Birləşmiş Ştatlar Çinin qanuni inkişaf hüquqlarını...