Elşən Gəncəvi seçicilərlə görüşlərini davam etdirir – FOTOLAR

Elşən Gəncəvi seçicilərlə görüşlərini davam etdirir – FOTOLAR
9 fevral 2020-ci il tarixində keçiriləcək 6-cı çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizəd Elşən Gəncəvi (Nəcəfov Elşən Hökumət oğlu) təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərini davam etdirir.
Sfera.az xəbər verir ki, təbliğat-təşviqat zamanı paytaxt Bakı və digər regionlarda yaşayan 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin vətəndaşları ilə fərdi qaydada, mobil qruplarla və qapı-qapı görüşlər keçirilib.
Görüşlər zamanı seçicilərin seçkidən sonra onların vətəndaş maraqlarını müdafiə edənin yanında olması üçün fəallıq nümayiş etdirmələrinin vacib olduğu vurğulanıb. Seçicilər namizədin öz seçiciləri ilə fərdi qaydada görüşərək, onların fikirləri ilə yaxından maraqlanmasını yüksək qiymətləndiriblər.
Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu AMV Şirkətlər Qrupunun direktoru, "PUBLIC AZERBAIJAN” Konsepsiyasının rəhbəri, "Oxu-magiya” kitabının yazarı, "AMVPRESS.AZ” informasiya portalının baş redaktoru, "PUBLIC” jurnalının təsisçisi, ictimai və iqtisadi layihələrin müəllifidir. Azərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsində bakalavr, Rumıniya – Timişoara Qərb Universitetinin "Siyasi Elmlər” fakültəsində magistr təhsilini alıb.
Elşən Gəncəvi müxtəlif dövrlərdə bir çox yerli və beynəlxalq sertifikat və fəxri diplomlarla təltif olunub. Həmçinin, ictimai xadim və iş adamı olaraq müxtəlif mükafatlara layiq görülüb.

OXŞAR XƏBƏRLƏR

Milyarderin qızı İTKİN DÜŞDÜ - FOTOLAR

“Slack” mesajlaşma proqramının həmtəsisçisi, milyarder Stüart Batterfildin 16 yaşlı qızı yoxa çıxıb.   Sfera.az bildirir ki, Mint Batterf...

İlham Əliyev: "COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir"

COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Preziden...

Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”

“Aprelin 22-də Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təşəbbüsü ilə dövlət səviyyəsində keçirilən, Baykal-Amur Magistralının (BAM) 50...

Bakıda bu yolla narkotik satışını HƏYATA KEÇİRİRLƏR: "Gözümüzün önündə..."

"Bakının küçələrində divarlarda, qarajların üzərində naməlum teleqram kanallarının ünvanı yazılır. Məlum olub ki, bu kanallar narkotik vasitələrinin s...

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində ÇIXIŞ EDİR - YENİLƏNDİ - 3

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində keçirilən XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edib. ...

"ABŞ Çinin qanuni inkişaf hüquqlarını pozmaqda davam edir" - Vanq Yi

“Vaşinqton və Pekin arasında münasibətlərə xələl gətirən mənfi tendensiyalar hələ də artmaqdadır, çünki Birləşmiş Ştatlar Çinin qanuni inkişaf hüquqlarını...