Azərbaycanlı idmançı İngiltərədə təşkilat yaratdı

Azərbaycanlı idmançı İngiltərədə təşkilat yaratdı
 Azərbaycan Kikboksinq Federasiyasının yığma komandasının üzvü, 7 qat Azərbaycan, 3 qat dünya və 2 qat Avropa çempionu, peşəkarlar arasında Avropa çempionu, K-1 Britaniya çempionu, Azərbaycanla bağlı İngiltərədə keçirilən tədbirlərdə fəallığı ilə seçilən Hafiz Baxşəliyev Londonda Xaricdə yaşayan Azərbaycanlı İdmançılar Birliyini yaradıb.

Hafiz Baxşəliyev Xaricdə yaşayan Azərbaycanlı İdmançılar Birliyinin yaranmasında əsas məqsədin dünyada yaşayan idmançı soydaşlarımız arasında əlaqələrin və münasibətlərin qurulması, əməkdaşlıq məsələlərini koordinasiya etmək, birlik və həmrəylik yaratmaq olduğunu qeyd edib.
Sfera.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə Birliyin qurucularından,diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk məlumat verib. O bildirib ki, dövlətimizin diaspor siyasəti, xaricdəki həmvətənlərimizin daha mütəşəkkil formada təşkilatlanması prosesi özünün yeni mərhələsinə qədəm qoyub: " Böyük Britaniya dünyanın aparıcı ölkələrindəndir. Böyük Britaniya Avropa İttifaqından ayrılsa da, dünyada sözü və çəkisi olan dövlətdir. Bu səbəbdən Böyük Britaniyada fəaliyyət göstərən dispora təşkilatı bu dövlətlə Azərbaycan arasındakı münasibətlərin inkişafına önəmli töhvə verməlidir.

İndi soydaşlarımız yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, zəngin mədəni irsimizin təbliği, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında da qətiyyət nümayiş etdirirlər. Müxtəlif beynəlxlaq yarışlarda uğurlar əldə edən, yaşadıqları ölkələrin ictimai-siyasi proseslərə təsir imkanı olan idmançı soydaşlarımızın da potensialından istifadə etməyi düşündüyümüzdən bu təşkilatın formalaşmasına start verdik. Hazırda dünyanın əksər ölkələrində 400-dən çox diaspor təşkilatı üçrəngli bayrağımız altında uğurla fəaliyyət göstərir. Ümid edirik ki, azərbaycanlı idmançıların xarici ölkələrdə təşkilatlanması, onların diaspor quruculuğundakı prosesdə yaxından iştirakı Azərbaycan dövlətinin möhkəmlənməsinə xidmət edəcək. Birliyin sədri Hafiz Baxşəliyev Avropada nüfuzlu idmançılarımızdır və vətənpərvər insandır. İngiltərədə keçirilən Azərbaycanla bağlı tədbirlərdə fəal iştirak edir. Düşünürəm ki, onun nüfuz və fəallığı birliyimizin güclü formada fəaliyyət göstərməsinə böyük təsir göstərəcək".

OXŞAR XƏBƏRLƏR

Milyarderin qızı İTKİN DÜŞDÜ - FOTOLAR

“Slack” mesajlaşma proqramının həmtəsisçisi, milyarder Stüart Batterfildin 16 yaşlı qızı yoxa çıxıb.   Sfera.az bildirir ki, Mint Batterf...

İlham Əliyev: "COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir"

COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Preziden...

Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”

“Aprelin 22-də Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təşəbbüsü ilə dövlət səviyyəsində keçirilən, Baykal-Amur Magistralının (BAM) 50...

Bakıda bu yolla narkotik satışını HƏYATA KEÇİRİRLƏR: "Gözümüzün önündə..."

"Bakının küçələrində divarlarda, qarajların üzərində naməlum teleqram kanallarının ünvanı yazılır. Məlum olub ki, bu kanallar narkotik vasitələrinin s...

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində ÇIXIŞ EDİR - YENİLƏNDİ - 3

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində keçirilən XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edib. ...

"ABŞ Çinin qanuni inkişaf hüquqlarını pozmaqda davam edir" - Vanq Yi

“Vaşinqton və Pekin arasında münasibətlərə xələl gətirən mənfi tendensiyalar hələ də artmaqdadır, çünki Birləşmiş Ştatlar Çinin qanuni inkişaf hüquqlarını...