Türkiyədə daha bir jurnalist həbs edilib

Türkiyədə daha bir jurnalist həbs edilib

Türkiyədə jurnalist ölkədən qanunsuz qaçmaq istəyərkən tutulub.

Həbs edilən jurnalist hərbi çevrilişdən sonra bağlanan "Nöqtə” jurnalının keçmiş baş redaktoru Murad Çapan olub. Yunanıstan sərhədində tutulan 8 nəfərin arasında hərbi çevrilişdə iştirak edən Uşaq Universitetinin keçmiş müəllimlərinin də olduğu bildirilib.


Qeyd edək ki, iki gün əvvəl Türkiyənin Ağır Cinayətlər Məhkəməsi Murad Çapana hərbi çevrilişə cəhd etdiyi üçün 22 il 6 ay həbs cəzası vermişdi.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR