The National İnterest: “Bölgədə kommunikasiyaların açılması Ermənistana daha çox sərf edir”

The National İnterest: “Bölgədə kommunikasiyaların açılması Ermənistana daha çox sərf edir”
"Azərbaycanla Ermənistan arasındakı müharibənin başlamasından bir il keçməsinə baxmayaraq, regionda hələ də sabitlik yoxdur və bölgədə münaqişə potensialı qalmaqdadır”

Sfera.az  xəbər verir ki, bu fikirlər ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Robert Sekutanın "The National İnterest” dərgisində dərc olunmuş məqaləsində qeyd olunub.

Belə ki, diplomat məqalədə Cənubi Qafqazdakı vəziyyətlə bağlı fikirlərini ifadə edib:

"2020-ci ilin noyabrında Ermənistan və Azərbaycan arasında Rusiyanın vasitəçiliyi ilə geniş miqyaslı hərbi əməliyyatlar dayandırılmış ola bilər, lakin bu, tərəflər arasında sülhün əldə olunmasına gətirib çıxarmayıb.
Bundan əlavə, müqavilə tərəflərin bir-birlərinə atəş açmalarına mane olmayıb və Ermənistanın dəstəklədiyi Qarabağ ermənilərinin Azərbaycan ərazilərini işğal etdikdən sonra artan nifrətini azaltmayıb. Azərbaycanın işğal olunmuş Ağdam və digər əraziləri isə, demək olar ki, tamamimlə məhv edilib”.

Keçmiş səfir Rusiyanın regiondakı maraqlarından da söz açıb:

"Atəşkəs müqaviləsi isə Rusiya qoşunlarının Azərbaycan ərazisinə yerləşdirilməsinə və Rusiyanın Ermənistandakı varlığının artırılmasına zəmin yaratdı. Bundan əlavə, düşmənçiliyin davam etməsi və uzunmüddətli həll yolunda irəliləyişin olmaması da Rusiyanın maraqlarına xidmət edir.
Heç kimə sirr deyil ki, Rusiya post-Sovet dövlətləri üzərində nəzarəti yenidən bərpa etmək, ABŞ-ı gözdən salmaq, beynəlxalq nizamı alçaltmaq üçün ətrafındakı ölkələr daxilində və onların arasında qarşıdurmalardan istifadə edir, hətta münaqişələri stimullaşdırır. Ukrayna, Moldova, Gürcüstan və başqa yerlərdə olduğu kimi, Rusiya indi də Azərbaycanla Ermənistan arasındakı münaqişəni öz məqsədləri üçün istifadə etməyə davam edir”.
Bölgə əhalisinin əksəriyyətinin tək çarəni Moskva ilə əməkdaşlıqda gördüyünü bildirən Sekuta ABŞ-ın regionda sülhün təmin olunması istiqamətində hansı addımları atmasının vacibliyini də qeyd edib:

"Daha çox görünən diplomatiya ilə məşğul olmaq. ABŞ-ın yüksək səviyyəli rəsmilərinin şəxsən ziyarətləri ideal olsa da, virtual qarşılıqlı əlaqə və telefon danışıqları da əla nəticələr verə bilər. Amerikalı tamaşaçılara belə şeylər adi görünsə də, Vaşinqton və ya Moskva rəhbərliyi ilə telefon danışıqları və digər nişanələr bir çox ölkələrdə milli xəbərdir. Bundan əlavə, bu yol Amerikanın mesajını daha geniş kütlələrə çatdıracaq. 
ABŞ həm Bakı, həm də İrəvandakı təsirindən istifadə edərək ölkə liderlərinin sülh, firavanlıq və davamlı təhlükəsizlik naminə razılaşdıqları hərəkətləri dəstəkləyən şəraiti yaratmağa kömək etməlidir. Belə ki, Amerika Birləşmiş Ştatları, Ermənistan və Azərbaycanla konkret problemləri araşdırmaq və onları həll etmək naminə mümkün yanaşmalar hazırlamaq üçün insanlar arasında təmaslar qurmalıdır. 
ABŞ həm Ermənistan, həm də Azərbaycanla birlikdə Cənubi Qafqazda yeni nəqliyyat və kommunikasiya əlaqələrinin yaradılması üçün çalışmalıdır. Bu cür səylər biznes imkanları yaradacaq və iqtisadi inkişaf nəticəsində bölgənin rifah halı daha da yüksələcək.

Bu nəqliyyat və kommunikasiya əlaqələri Qarabağ münaqişəsi səbəbindən özünü Türkiyədən və Azərbaycandan təcrid edən Ermənistan üçün xüsusilə əhəmiyyətli ola bilər. Belə layihələr həm də Çinin "Bir kəmər, bir Yol” təşəbbüsünə cavab olaraq, Qafqazı və Orta Asiyanı daha da stimullaşdıracaq.

Əhəmiyyətli olan məqam isə, bu addımların heç birinin ABŞ-a böyük xərclər hesabına başa gəlməyəcəyidir.

Sadəcə bir az təşəbbüskarlıq və öhdəlik bunun üçün yetərlidir. Buna baxmayaraq, əldə olunacaq qazanc əhəmiyyətli olacaq. Eyni zamanda Milli Təhlükəsizlik müşaviri Jeyk Sallivanın telefon danışığından sonra, Birləşmiş Ştatların bu baharda etdiyi hərəkətlər də bu nüansı dəstəkləyir”.
 
(bizim.media)
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

8 il həbsdə yatan eks-nazir Fərhad Əliyev hazırda nə işlə məşğuldur?

İndi isə unudulanlar siyahısındadırlar. Onlardan bəziləri xaricdə yaşayır. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır. Sfera.az ...

Vilayət Eyvazov bu rayonlara rəis təyin etdi - FOTOLAR

Daxili İşlər orqanlarında kadr dəyişiklikləri olub. Sfera.az xəbər verir ki, Daxili İşlər naziri, general-polkonik Vilayət Eyvazovun əmri ilə, Qazax Rayon...

Yasamalda şəhid Feyruz Hacılının il mərasimi keçirildi - FOTOLAR

Bu gün Yasamal rayonunun ictimaiyyəti 44 günlük Vətən Müharibəsinin şəhidi Feyruz Hacılını il mərasimində yad edib.   Sfera.az xəbər verir ki, şəhid əsg...

Bəxtiyar Hacıyev saxlanılıb? - DİN-dən açıqlama

İctimai fəal Bəxtiyar Hacıyevin saxlanılması barədə məlumat yayılıb. Onun Səbail RPİ-nin 9-cu Polis Bölməsində olduğu bildirilib. Sfera.az xəbər verir ki,...

İsmayıllıdan olan şəhidin cənnətdəki doğum günü qeyd olundu - FOTOLAR

İsmayıllı rayonunun Talıstan kəndindən olan şəhid Səməd Hüseynzadənin ad günü məzarı yanında qeyd olunub.   Sfera.az xəbər verir ki, mərasimdə Rayon İcr...

Türk general Füzuli əməliyyatı ilə bağlı inanılmaz detalları AÇIQLADI

Füzuli əməliyyatı Azərbaycanın həyata keçirdiyi hərbi hərəkatın uğurla ikinci mərhələyə keçməsinin başlanğıcıdır. Sfera.az xəbər verir ki, bunu açıqlaması...