ABŞ-da media şirkətinə rəhbərlik edən azərbaycanlı - FOTOLAR
Gənclik təravətdir, ömürdən ala bildiyin ən qiymətli qənimətdir. Bəli, gənclik illəri ömrün ən gözəl çağlarıdır. Onu elə yaşamaq lazımdır ki, nə vaxtsa xatırlayanda ağrı-acısı az olsun. Demirəm ki, onun azadlığını boğasan, imtiyazlarından istifadə etməyəsən. Axı, o sənə ikinci dəfə verilməyəcək, bir də heç kim deməyəcək ki,- "Hələ gəncdir, yaşlananda anlayar". Haqqında söhbət açdığım Elvin Yolçuyev də gəncdir, vur-tut 25 yaşı var. Amma ağıllı gənclərdəndir, vətəndən uzaqda böyüsə də milli