Sumqayıt Təhsil Şöbəsinə yeni müdir təyin olundu - FOTO

Sumqayıt Təhsil Şöbəsinə yeni müdir təyin olundu - FOTO
Sumqayıt şəhər Təhsil şöbəsinə yeni müdir təyin olunub.

Sfera.az xeberle.com-a istinadən xəbər verir ki, Sumqayıt şəhər 25 nömrəli tam orta məktəbin direktoru Arzu Şirxan qızı Alızadə Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri təyin  olunub.

A. Alızadə 1976-cı ildə Sumqayıt şəhərində anadan olub. İyirimi ildən yuxarı pedaqoji təcrübəsi olan A. Alızadə 20 və 22 nömrəli orta məktəblərdə müəllim və Sumqayıt şəhər Təhsil Şöbəsində çalışıb. Bir sıra layihələrin iştirakçısı və qalibi olub.

Qeyd edək ki, yeni müdir bu gün Sumqayıt Təhsil şöbəsinin kollektivinə təqdim olunacaq.


Xatırladaq ki, 2016-cı ilin noyabrından 2018-ci ilin aprel ayına qədər Sumqayıt Təhsil şöbəsinə Nizami Namazov rəhbərlik edib. O, işdən azad olunduqdan sonra bu posta təyinat olmayıb.

Son təyinata qədər isə Təhsil Şöbəsinin müdiri vəzifəsini müvəqqəti olaraq qurumun məsləhətçisi Ramin Abbasov icra edib.



OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...