Uşaqlara oxuma-yazmağı tez öyrətmək onları necə məhvə aparır? –Alimlərdən araşdırma

Uşaqlara oxuma-yazmağı tez öyrətmək onları necə məhvə aparır? –Alimlərdən araşdırma
Bəzi ölkələrdə bir düşüncə var: "hələ ibtidai sinifdən uşaqlara oxumağı, yazmağı  öyrətsək, həyata yaşıdlarından bir addım öndə başlayarlar”, deyə düşünürlər.

Elə bizdə də uşaqları erkən yaşda oxumağa məcbur etməklə, onların uğura daha tez çatacağını  düşünürlər.

Amma çox zaman belə olmur. Hətta bu, sonradan uşaqlar üçün zərərli  hala da çevrilir.
Uşaqların oxuma, yazma və hecalamağa yönəlik nevroloji inkişafı  erkən yaşlarda yaranmır.  Onlar hələ  bunun üçün lazım olan bazaya sahib deyillər. Uşaq inkişafında nələrisə gözardı etmək, qısa yoldan və ya tələsik həll etmək olmaz.

İnsanın 3-7 yaş aralığında, əsasən, beynin sağ yarımkürəsi inkişaf edir ki, o da bu bacarıqları  reallaşdıran hissə deyil. Sağ tərəf şəkilləri görür və bir hekayəni anlamaq, beynimizdəki "film”i yaratmaq üçün zehni görüntüləri istifadə edir. Beynin sol tərəfi isə  bu prosesləri həyata keçirən zonadır.

Uşaqları həmin  oxumağa məcbur etdikdə onlara sözləri səsləndirməkdənsə, kəlmələrin nəyə bənzədiyini əzbərlətməyə çalışırıq. Bu, doğru oxumaq üsulu deyil. Həm də uşaqlar sözlərin formaca nəyə oxşadığını əzbərləməyə fokuslandıqlarında, beyinlərindəki "filmi” yaratmaq üçün sağ beyinlərini istifadə etmirlər. Bu da onlara oxuduqlarını qavramada çətinlik yaradır.

Odur ki, uşaqları bu yaş aralığında oxumağa məcbur etsək, onların gələcək uğurlarını kölgə altına salmış olarıq.

Bəs bu vəziyyəti necə düzəldə bilərik?

Uşaqlar bu yaşda onları zehni cəhətdən inkişaf etdirəcək oyunlar oynamalıdırlar. Bu hələ son deyil. Uşaqların gələcək uğurlarını formalaşdıran amillərdən biri də kitabdır. Odur ki, 3-7 yaş aralığında onlara bol-bol kitab oxuyun.

Onlara nə qədər çox kitab oxusanız, bir o qədər də zehni inkişaflarını gücləndirmiş olarsınız. Uşaqlar siz yüksək səslə kitab oxuduğunuz müddətdə, uşaqlar  kəlmələr arasındakı ən kiçik fərqləri belə dinləyib, ayırd etməyə alışırlar.

Bu amil uşaqlara məktəb illərində daha çox yardımçı olur. Onlar bu metodu mənimsədiklərinə görə, məktəbdə müəllim və təlimçiləri daha diqqətlə dinləyib, daha çox informasiya qəbul etmək bacarığına malik olurlar.

OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...