Çində təhsil alan soydaşımız: “Əsl sevgi yoxdur” - MÜSAHİBƏ

Çində təhsil alan soydaşımız: “Əsl sevgi yoxdur” - MÜSAHİBƏ
"Azərbaycanda sosial və texniki elmlərin öyrədilməsi üçün daha böyük büdcə ayrılmalı, insanlara bu elmlərin vacibliyi düzgün çatdırılmalıdır”.

Bunu müsahibəsində Çində oxuyan gənc soydaşımız Rüstəm Ağayev deyir.

Onunla müsahibəni təqdim edirik:
Öz dilindən dosye: Rüstəm Ağayev Ukraynanın Luqansk şəhərində anadan olmuşam. 18 yaşım var. Orta təhsilimi İstək liseyində almışam. 

2017-ci ilin məzunuyam. 2017/18-ci tədris ilində Çinin Tongji Universitetində Çin dili üzrə foundation oxumuşam. Ali məktəbə Çində təhsil üzrə dövlət proqramı vasitəsilə qəbul olunmuşam. Bu ildən isə Fudan Universitetində  "computer science” ixtisası üzrə bakalavr təhsili alıram.
2014-cü ildə Respublika fənn olimpiadasında informatika fənni üzrə 1 bürünc, 2015, 2016 və 2017 illərdə isə qızıl medala layiq görülmüşəm.
 
-Rüstəm, liseydə oxuyarkən dərslərinə necə hazırlaşırdın?

-Liseydə oxuduğum zaman çalışırdım ki, daha çox vacib və gələcəkdə  lazım ola biləcək dərsləri oxuyum.  İnformatika olimpiadaçısı olduğum üçün daha çox  vaxtımı proqramlaşdırma öyrənməyə sərf edirdim. 

-Bəs necə olduki, Çində təhsil almağa qərar verdin? Ölkənin hansı  hansı özəllikləri səni cəlb etdi?

-Çində təhsil almağımın  əsas iki səbəb  var idi.  Əvvəla, Çinin  təhsil səviyyəsi daha sonra  təqaüd alma imkanımın olması.... Əlavə olaraq qeyd edim ki,  Çin dilini öyrənmək, fərqli bir mədəniyyət və ortamda yaşama şansı da seçimimə təsir etdi.

-Çin təhsil sistemi barədə ətraflı məlumat verərdin...

-Çin təhsil sisteminin  Qərb ölkələri ilə müqayisədə elə də fərqi yoxdur. Tədris ili payız və yaz semestrlərinə bölünür. Burada hər semestr əvvəlində tələbələr istədikləri dərsləri seçə bilərlər.

-Çində Azərbaycanı necə tanıyırlar? Ölkəmiz haqqında nə kimi təsəvvürləri var?

-Doğrusu, Çində çox az adam  Azərbaycanı tanıyır. Çinlilər Azərbaycanı müsəlman ölkəsi olaraq bilirlər. Eyni zamanda,neftimizin də olduğu onlara məlumdur. Hətta bir dostum zarafat olaraq evimin yanında şəxsi "neft çıxaranım” olduğunu da demişdi.

-Rüstəm, Çində bakalavr təhsili almaq üçün əsas göstəricilər necə olmalıdır? Ümumiyyətlə, hansı proseduralardan keçmək lazımdır? 
-Təhsil Nazirliyi xətti ilə Çin Dövlət təqaüd proqramına müraciət etmişdim. Səhv etmirəmsə,  DİM imtahanından 500-dən çox   və  ya 1300+ SAT lazım idi. İngilis dilində təhsil almaq istəyənlərdən isə əlavə olaraq 6+ IELTS tələb olunur. Öncə, Təhsil Nazirliyinə lazımi  sənədlər göndərilir, göstəricilər yaxşıdırsa, müsabiqəyə dəvət edirlər.  Müsabiqə mərhələsini  də keçəndə, Təhsil Nazirliyi  tərəfindən sənədlər Çinə göndərir.

Doğrusu, təqaüd proqramına qəbul olmaq o qədərdə çətin deyil.

-Çinə ilk getdiyin zamanlarda rastlaşdığın çətinliklərdən danışardın…

-Çinə ilk  gəldiyim zamanlarda çətinliyim dil  bilməməyim idi. Çünki, buraya gəlməmişdən  öncə, bir söz belə bilmirdim. Əlavə çətinliyim  isə yaşadığım Şanxay şəhərinin havasının çox nəmli olmasıdır.   Azərbaycanda stereotip varki, Çinin yeməkləri qəribə və fərqlidir.  Amma düşünürəm ki, Çin yeməkləri olduqca dadlıdır.

Başqa hələdə davam edən problemim isə çinlilərlə dost olmamağımdır. Eyni  zamanda, onlarla normal  söhbət etməməyimdir.

-Yəni, çinlilərlə dost olmaq çətindir?

-Bəli… Bildiyim məlumata görə, bu problemi əcnəbi tələbələrin əksəriyyəti yaşayır. Ən böyük problem isə dil baryerindədir.

-Ən çox nədən ötrü darıxırsan?

-Ən çox ailə və dostlarım üçün darıxıram.

-Hər kəsin həyatda səhvi olur. Mənim isə ən böyük səhvim ... zəhmət olmasa cümləni tamamla

-Doğrusu, həyatda heç bir səhv etdiyimi düşünmürəm.

-Səncə, dünyada böyük iş görənlər hansı ixtisasın sahibləridir?

-Fikrimcə, dünyada böyük iş görənlər fəlsəfə və incəsənət ixtisasının sahibləridir.

-Oxuduğun universitetdə təxminən, nə qədər azərbaycanlı təhsil alır?

-Mən də daxil olmaqla  5 azərbaycanlı tələbə təhsil alır.

-Bəs, hansı ölkədən gələn tələbələr üstünlük təşkil edir?

-Müxtəlif ölkələrdən gələn tələbələr burada təhsil alır. Amma ən çox  Koreyadan gələn tələbələr üstünlük təşkil edir.

-Səncə, sosial və texniki elmlər Azərbaycanda hansı vəziyyətdədir?

-Fikrimcə, sosial və texniki elmlərə   lazım olduğundan daha az önəm verilir.  Düşünürəm ki,  ölkəmizdə bu sahədə mütəxəssis yetişdirən müəllim çox azdır.

-Bəs, sosial və texniki elmlər üzrə mütəxəssis yetişdirə bilmək üçün təkliflərin nələrdir?

-Azərbaycanda sosial və texniki elmlərim öyrədilməsi üçün daha böyük büdcə ayrılmalı, insanlara bu elmlərin vacibliyi düzgün çatdırılmalıdır.

-Orada vətəndaşların aylıq  maaşı  və tələbə təqaüdləri nə qədərdir?

-Çində yaşayan vətəndaşların maaşın dəqiq bilmirəm. Amma tələbə təqaüdləri aylıq 2500 yuandır, bizim pulla təxminən, 600 manat...

-Səncə, Çində təhsil əcnəbilərə nə qazandırır?

-Çində təhsil əcnəbilərə keyfiyyətli təhsil eyni zamanda  maraqlı mədəniyyət ilə tanış olma şansını qazandırır. Onu da qeyd edim ki, Çin texnologiya sahəsi üzrə  dünyanın ən çox inkişaf etdiyi ölkələrdən biridir.

-Rüstəm, fikrincə, Azərbaycanda hansı vacib ixtisasların yaradılmasına ehtiyac var?

-Düşünürəm ki, Azərbaycanda "Cybersecurity” (Kibercinayətkarlıq) və dizaynla əlaqəli ixtisasların yaradılmasına ehtiyac var .

-Fransız yazıçısı A. Frans hesab edir ki,qısqanclıq kişidə zəiflik,qadında isə güc mənbəyidir. Səncə də belədir?

-Fikrimcə, qısqanclığın özü nə güc, nədə zəiflikdir. Ümumiyyətlə, hər şey insanın qısqanclıq hissini  nə etməyə yönəltdiyindən aslıdır.  Düşünürəm ki, cinsin bununla heç bir əlaqəsi yoxdur.

-Bəs, "əsl sevgi" ifadəsi  sənin üçün nə anlamı ifadə edir?   

-"Əsl sevgi” ifadəsi hər hansı bir anlam bildirdiyini deyə bilmərəm. Düşünürəm ki, "əsl və ya yalançı sevgi” deyə bir şey yoxdur.

-Çində təhsil almaq istəyən gənclərə nəyi tövsiyə edərdin?

-Çində təhsil almaq istəyənlər tövsiyəm odur ki, ilk növbədə  çin dilini öyrənib daha sonra burada oxumaq istəsinlər.AzEdu.az


OXŞAR XƏBƏRLƏR