Kapital Bank-ın dəstəyi ilə keçirilən Fənn Olimpiadasının qalibləri təltif edildi
Kapital Bank sosial yönümlü fəaliyyətinə uyğun olaraq Təhsil Nazirliyinin təşkil etdiyi Respublika Fənn Olimpiadalarının keçirilməsinə dəstək göstərib. Fizika, kimya, riyaziyyat, biologiya, informatika, tarix, coğrafiya, Azərbaycan dili və ədəbiyyatı fənləri üzrə 30000-dən artıq şagird tədbirdə iştirak edib. 19 iyun 2019-cu il tarixində olimpiadanın qaliblərinin təltif edilməsi mərasimi keçirilib. Tədbirdə Təhsil Naziri Ceyhun Bayramov, ali məktəb rektorları, dövlət rəsmiləri, millət vəkilləri,