Azərbaycanda təhsil 12 il olacaq

Təhsil
18:33 / 30.05.2019
3138
Azərbaycanda ilk dəfə məktəbəhazırlıq ümumitəhsilin bir səviyyəsi kimi nəzərdə tutulub.
"Qafqazinfo" xəbər verir ki, bununla bağlı məlumatı Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Fərzəli Qədirov yeni qəbul olunan "Ümumi təhsil haqqında" Qanunla bağlı çıxışında qeyd edib.
O bildirib ki, bununla da, uşağın ümumi təhsil müəssisəsində olma müddəti 12 il nəzərdə tutulub. "Məsələn, əvvəl ümumi təhsil sisteminin mərhələləri kimi ibtidai, orta və tam təhsil olmaqla 11 il nəzərdə tutulurdusa, artıq məktəbəhazırlıq müddəti olan bir il də mərhələ kimi bu sistemə əlavə olunub".