Azərbaycanda məktəb formaları ilə bağlı yenilik

Azərbaycanda məktəb formaları ilə bağlı yenilik

Azərbaycanda məktəblilərin vahid geyim formaları olacaq. "Qafqazinfo" xəbər verir ki, bunu Təhsil nazirinin müavini İdris İsayev media üçün təlimdə yeni qəbul olunan "Ümumi təhsil haqqında" Qanunla bağlı çıxışı zamanı deyib. O qeyd edib ki, yeni qəbul edilən qanunda məktəbli geyim formalarının eyni olması ilə bağlı müddəa yer alıb:

"Əvvəllər məktəblər formalarını özləri müəyyənləşdirirdilər. Lakin yeni qanunla bir neçə geyim formasının təsviri Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq. Təhsil müəssisəsi bunlardan birini seçib tətbiq etməlidir. Heç bir məktəb Nazirlər Kabinetinin təsdiq etdiyi təsvirdən kənara çıxa bilməz".

Nazir müavini çıxışında onu da qeyd edib ki, yeni qaydalarda həm müəllimlərin, həm də valideynlərin vəzifələrinə yeni müddəalar əlavə olunub: 

"Burada müəllimlərin şagirdlər barədə valideynləri davamlı olaraq məlumatlandırması, psixoloqlarla davamlı iş nəzərdə tutulub. Valideynlərlə bağlı müddəalarda mənəvi yetkinlik üçün məsuliyyət daşıma, təhsil müəssisələrinin işgüzar mühitini qorumaq nəzərdə tutulur.

Artıq məktəblərdə fəaliyyət göstərən psixoloqların daha ixtisaslı kadr olmaları planlaşdırılır. Psixoloq ştatının məktəblərdə müəyyənləşməsi lazımdır ki, bununla bağlı da müddəa nəzərdə tutulur. Tutaq ki, min şagirdə bir psixoloq nəzərdə tutula bilər.

Bundan başqa, məktəblərdə mühafizə sistemi ilə bağlı müddəalar var.

Mühafizə sistemi ilə bağlı məlumatlar hazırlanıb 6 ay müddətində təsdiq olunacaq".


OXŞAR XƏBƏRLƏR

Məşhur “Kinder” şokoladları haqqında həqiqət yalnız 35 ildən sonra məlum oldu

1990-cı ildə italyan qənnadı Mikael Ferrero tərəfindən yaradılmış “Kinder Bueno” 60-dan çox ölkədə partlayış “hit”ə çevrilmişdir. Ancaq ...

Qayınatasını öldürmək istədi, özü öldü

Abşeron rayonunda kürəkənini qəsdən öldürməkdə təqsirləndirilən Tayır Tayırovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.   Sfera.az ...

Ərdoğan Zelenski ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu bar...

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Sabunçu rayonu, Maştağa və Qaradağ rayonu, Qızıldaş qəsəbələrində yerləşən mövcud qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması planlaşdırılır.&nbs...

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarıldı

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarılıb.   Sfera.az bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi təhsil üzr...

Velosiped və skuter sürənlərə ÇAĞIRIŞ - VİDEO

Paytaxtda bəzi velosiped və skuter idarə edən şəxlər yollarda hərəkət zamanı qəfil manevrlər edirlər, yolun hərəkət hissəsindən necə gəldi keçirlər. Digər nəqli...