Təhsil eksperti yeni imtahan modelinə ETİRAZ ETDİ

Təhsil eksperti yeni imtahan modelinə ETİRAZ ETDİ
 

"DİM tərəfindən bilikləri ölçmək üçün 27 ildə müxtəlif formatlardan istifadə olunub. Amma hansı daha uğurludur, hansı daha keyfiyyətlidir, bu müəyyənləşməyib. DİM deyir ki, test imtahanları 1992-ci ildən etibarən keçirilsə də, ilk 700 bal toplayanlar 2007-ci ildə qeydə alınıb”.

Bu barədə Lent.az -a danışan təhsil eksperti Kamran Əsədov deyib ki, ilk 700 bal toplayanların 2007-ci ildə olmasına səbəb imtahanlar üçün lazımi resurs olmayıb:

"Həmçinin test imtahanı tam şəkildə oturuşmamışdı və hətta ixtisas qrupları daxilində müxtəlif fənlərdən iştirakçılar imtahan verirdi. Yəni, ümumiləşmiş fənn bloku adı altında humanitar ixtisaslara gedənlər təbiət və texniki fənlərdən, təbiət və texniki fənlərdə gedənlər humanitar fənlərdən imtahan verirdilər ki, bu sualların cavablandırılmaması onların balına təsir göstərirdi. 2007-ci ildən etibarən ona görə 700 bal toplayan oldu ki, qeyd etdiyim maneələr, ümumi fənn bloku, resurs çatışmazlığı aradan qalxdı”.

Təhsil eksperti əlavə edib ki, TQDK (indiki DİM) tərəfindən ilk dəfə fənlər üzrə test bankı 2001-ci ildə, siniflər üzrə testləri isə 2003-cü ildən sonra çap olunmağa başlayıb:

"Və bundan sonra imtahan iştirakçıları sistemli şəkildə qəbul imtahanlarına hazırlaşmağa başladılar. DİM deyir ki, pedaqoji nöqteyi-nəzərdən 650 baldan yuxarı nəticə göstərən abituriyentləri bir-birindən fərqləndirmək düzgün deyil. Hörmətli DİM, test imtahanındakı nəticəyə, yəni bala, heç bir halda pedaqoji nöqteyi-nəzərdən yaxınlaşmaq olmaz. Pedaqoji nöqteyi-nəzər pedaqoji prosesin qanunauyğunluqlarını aşkara çıxarmaq, insanın şəxsiyyət kimi formalaşması və tərbiyəsi məsələlərini həll etməkdir. Amma 650 və ya 700 bal heç kimin tərbiyə məsələsini formalaşdırmır və həll etmir. Bu rəqəmlər sadəcə olaraq abituriyentlərə müsabiqə şərtinə uyğun seçdikləri ixtisasları sıralamağa imkan verən göstəricidir. Ona görə də 650 bal ilə 700 balı ciddi şəkildə fərqləndirmək lazımdır. Ona görə ki, 650 bal toplayan Bakı Ali Neft Məktəbinə qəbul ola bilmir, amma 700 bal toplayan ola bilir, 650 bal toplayan Prezident təqaüdü ala bilmir, amma 700 bal toplayan ala bilir, müəyyən ixtisaslar üzrə hətta 650 bal toplayan ödənişsiz ixtisaslara qəbul ola bilmir, amma 700 bal toplayan ola bilir”.

K.Əsədov əlavə edib ki, Amerika, Avropa 6.5 İelts, 1200 SAT balı ilə qəbul apardığı ildə, o balı aşağı salmayıb:

"Bu balı aşağı salmaq abituriyentlərdə arxayınlıq yaradır ki, onsuz da 200 bal toplayıb qəbul olacam. 1990-cı illərdə ona görə 700 bal yox idi ki, imtahan iştirakçıları üçün vahid kitab, test yox idi. Hətta orta məktəblərdə dərslik problemi var idi ki, indi də elədir. Sizin yeni imtahan modeli adı altında nəşr etdiyiniz fənlər üzrə test bankların hamısı köhnə dərsliklərindir. Yeni kurikulum dərsliklərinə uyğun test bank yoxdur. Sizə yeni test bankınızda olan minlərlə test görtərərəm ki, hal-hazırda qəbul proqramına daxil olunmuş dərsliklərdə yoxdur. XI siniflər üçün sinif testi çap olunmayıb. Bu il imtahan verən XI sinif şagirdi XI sinif üzrə sinif testlərini, yeni imtahan modelinə uyğun test görmədən qəbul imtahanı verir”.

Ekspert vurğulayıb ki, yoxlama prosesində müəyyən qədər səhvlərə yol verilir:

"Şablon cavablar yalnız doğru hesab olunur ki, bu da qüsurlu yanaşmadır. DİM birinci yeni qəbul imtahanı modelinə uyğun baza formalaşdırıb, ondan sonra tam şəkildə yeni imtahan modelinə keçməli idi. Bizim məktəblərdə ingilis dilindən dinləmə aparatı, bunun üçün lazımi resurs olmadan imtahanda bu modeldən istifadə etdiniz. Bir nəticəni təhlil edin ki, nə qədər şəxs bu modeldən çətinlik çəkib”.


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...