“Təhsil haqqında” qanuna dəyişiklik edildi
Azərbaycan Respublikasında ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək. Sfera.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən "Təhsil haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb. Qanuna əsasən, Ümumtəhsil məktəbi ibtidai, ümumi orta və tam orta məktəb formasında ayrı-ayrılıqda da təşkil oluna bilər. Həmçinin, qanunda göstərilib ki, İbtidai təhsilin məqsədi təhsilalanlara