Hər il bir neçə direktor buna görə işdən çıxarılır - Nazir
18:25 / 05.12.2020
7341
Hər hansı valideyn məktəbə pul ödəməyə məcbur edilməməlidir. Belə bir hal səhv addım olar.
Sfera.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib.
"İl ərzində bir neçə məktəb direktoru valideynlərdən pul yığılmasına görə vəzifədən azad edilir. Biz bu işi yenə davam etdirəcəyik", - o vurğulayıb.