Bu tələbələr təhsil haqqından azad edildi
Təhsil
18:31 / 30.11.2020
4929
Qərbi Kaspi Universiteti İkinci Qarabağ müharibəsinin iştirakçısı olan tələbələrini təhsil haqqından azad edib.
Sfera.az xəbər verir ki, bu barədə universitetin Feysbuk hesabında qeyd edilib.
Döyüşlərdə iştirak edən və akademik məzuniyyətdə olan tələbələrin təhsil haqqını universitet öz üzərinə götürüb. Qərar eyni zamanda universitetin kollecinin tələbələrinə də aiddir.
Qeyd edək ki, universitetin 13 tələbəsi döyüşlərdə iştirak edib, onlardan üçü qəhrəmancasına şəhid olub.