Təhsil Nazirliyi dərsliklərlə bağlı xarici şirkətlə əməkdaşlığa başladı
Təhsil Nazirliyi Sinqapurun təhsil sahəsindəki nailiyyətlərini nəzərə alaraq, bu ölkənin "Alston" Nəşriyyat Evi ilə uzunmüddətli əməkdaşlığa imza atıb. Təhsil Nazirliyindən Sfera.az-a verilən məlumata görə, məqsəd təcrübə mübadiləsi etmək, təbiət fənləri üzrə təhsil proqramlarını, habelə dərslik komplektlərini təkmilləşdirməkdir. Layihə Təhsil İnstitutu tərəfindən icra olunacaq. Qeyd edək ki, Nazirlər Kabinetinin Qərarı ilə "Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları" təsdiq