DİM-dən iyulun 5-də imtahan verəcək abituriyentlərə xəbərdarlıq
Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 5-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək. Bu barədə Sfera.az -a DİM-dən məlumat verilib. Bildirilib ki, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Ucar, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq. İştirakçılar iyunun 25-dən etibarən Dövlət İmtahan