Məktəblərdə bir ilk: “Məktəbli könüllü” proqramı - FOTO
Elm və Təhsil Nazirliyinin dəstəyi, “Bir könüllü” Tələbə Təşkilatının təşəbbüsü ilə 8, 9, 10 və 11-ci sinif şagirdləri üçün “Məktəbli könüllü” proqramı həyata keçirilir. Nazirlikdən Sfera.az -a verilən məlumata görə, ölkədə ilk dəfə keçirilən proqramın məqsədi şagirdlər arasında sosial inkişafa dəstək olmaq, komandada işləmək bacarığını formalaşdırmaq, əməkdaşlıq, liderlik, analitik düşüncə kimi keyfiyyətləri gücləndirmək, həmçinin məktəbdaxili nizam-intizam qaydalarına riayət edən, akademik