Azərbaycanda tələbələrin sayı artır – SON RƏQƏMLƏR

Azərbaycanda tələbələrin sayı artır – SON RƏQƏMLƏR

2023-cü ildə Azərbaycanda bakalavr və magistrlərin hazırlanmasını həyata keçirən dövlət və qeyri-dövlət ali təhsil müəssisələrində, eləcə də elmi təşkilatda və tibb müəssisələrində təhsil alanların sayı 231,4 min nəfər olub. 


Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, tələbələrin sayı 2022-ci illə müqayisədə 8,6 min nəfər və ya 3,9 faiz artıb. 


Son illər ölkənin ali təhsil müəssisələrinə tələbə qəbulunun artması da müşahidə olunur. Belə ki, ali təhsilin bakalavr səviyyəsinə qəbul olunan tələbələrin sayı 2022-ci illə müqayisədə 4,7 faiz artaraq 52,9 min nəfərə çatıb. 


Qəbul geniş profilli ixtisas siyahısına uyğun olaraq həyata keçirilib. Bakalavriata qəbul olunan tələbələrin ümumi sayında ödənişli əsaslarla təhsilə qəbul olunanların xüsusi çəkisi 49,8 faiz olub ki, onların da 76,6 faizi dövlət ali təhsil müəssisələrinin payına düşür. Hazırda dövlət ali təhsil müəssisələrinin əyani şöbələrində oxuyan tələbələrin 55,3 faizi təqaüd alır.


Ölkənin ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları ilə yanaşı 93 xarici ölkədən 7,7 min tələbə də təhsil alır. Əcnəbi tələbələrin sırasında Türkiyə, İran, Rusiya, Gürcüstan, Hindistan, Pakistan İslam Respublikası, Suriya Ərəb Respublıkası, İraq və Nigeriya vətəndaşları üstünlük təşkil edirlər.


Vasif


OXŞAR XƏBƏRLƏR

Keçmiş əsgərlərdən etiraf: “Silahsız insanları yuxuda öldürürdülər”

Britaniya Xüsusi Qüvvələrinin sabiq üzvləri, Əfqanıstan və İraqda törədilən müharibə cinayətləri ilə bağlı şok açıqlamalar veriblər.    Sfera.az...

“Həyat yoldaşından küsən qadın çökür”

Xalq artisti Gülyanaq Məmmədova həyat yoldaşından danışıb. Sfera.az xəbər verir ki, “Maqazin plus” yutub layihəsində qonaq olan müğənni on...

"80 milyon insan aclıqla üz-üzə qalacaq" - BMT rəsmisi

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə nümayəndəsi iqlim dəyişikliyinin qlobal aclıq böhranını daha da dərinləşdirəcəyini bildirib.   ...

ABŞ bu sahədə Çinə uduzacaq: "Üstünlüyümüz uzun sürməyəcək”

“OpenAI”nin baş direktoru Sam Altman ABŞ Senatında verdiyi açıqlamada Amerikanın süni intellekt (SI) sahəsindəki liderliyinin Çin qarşısında davamlı...

Metro və dəmir yolundan istifadə edənlər üçün SEVİNDİRİCİ XƏBƏR

Böyük şəhərlərin dayanıqlı inkişafında relsli nəqliyyat - metro və dəmir yolu sistemləri ən effektiv həll yollarından biri sayılır.   Sfera.az x...

Nə üçün Bakını ziyarət edək? - "Forbes" Azərbaycandan yazdı

ABŞ-nin məşhur “Forbes” iqtisadi jurnalında Bakı haqqında məqalə-reportaj dərc olunub.   Sfera.az xəbər verir ki, yazıda Bakının tarixi, ...