SDU-da “Times Higher Education”-ın nümayəndə heyəti ilə görüş keçirildi - FOTO

Sumqayıt Dövlət Universitetində “Times Higher Education” Beynəlxalq Reytinq Agentliyinin qlobal məsələlər üzrə rəhbəri Phil Bati və nümayəndə heyəti ilə görüş keçirilib.
Sfera.az xəbər verir ki, tədbirdə SDU-nun rektoru Rüfət Əzizov da iştirak edib.
Görüşdə Sumqayıt şəhərinin sənayə potensialı, SDU-nun tədris istiqamətləri, tədqiqat göstəriciləri və universitet-sənayə əməkdaşlığı haqqında geniş danışılıb. SDU-nun strateji inkişaf məsələləri üçün beynəlxalq reytinq sistemlərinin zəruri alət kimi istifadəsi müzakirə edilib.
THE-nin rəhbərliyi ilə, həmçinin Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi Konfransının (COP29) keçiriləcəyini nəzərə alaraq Dayanıqlı İnkişaf Məqsədlərinin təminatına dəstək vermək üçün SDU-da birgə beynəlxalq konfransın təşkil olunması müzakirə edilib. Konfransda müxtəlif ölkələrdən ekspertlərin, yerli və xarici sənaye müəssisələrinin, eləcə də dövlət qurumlarının iştirakı nəzərdə tutulur.