Tətil günlərində müəllimlər məktəbə getməlidir? - AÇIQLAMA 

Tətil günlərində müəllimlər məktəbə getməlidir? - AÇIQLAMA 

Bu gündən məktəblilərin qış tətili başlayıb. Ümumi təhsil müəssisələrində 2023-2024-cü tədris ili üzrə qış tətili 5 günü əhatə edir.

 

Maraqlıdır, tətil günlərində müəllimlər məktəbə getməlidirmi?

 

Sfera.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən təhsil məsələləri üzrə ekspert Kamran Əsədov deyib ki, müddətsiz müqavilə ilə işləyən bütün müəllimlər, sinif rəhbərləri, UBR, psixoloq, kitabxana müdiri, laborantlar 29, 30, 31 yanvar tarixlərində işdə olmalıdır:

 

“Müəllimlər üçün tətil anlayışı yoxdur. Müəllim və işçilər üçün iş günü olmayan günlər - əmək məzuniyyəti dövrü, istirahət günləri, iş günü sayılmayan bayram günləri, Ümumxalq hüzn günü və seçki günləridir”.

 

Ekspert bildirib ki, tətil günlərində müəllimlərin iş saatının uçotu aparılır:

 

“6 günlük iş rejimi ilə işləyən müəllimlər tətil günlərində 6 saat, 5 günlük iş rejimi ilə işləyən müəllimlər gündə 7 saat məktəbdə iş yerində olmalıdırlar”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...

Kür çayı məcrasından çıxdı: sakinlər çətin vəziyyətə düşdülər -VİDEO

Son günlər yağan aramsız yağışlar nəticəsində Kür çayının Sabirabad rayonundan keçən hissəsində suyun səviyyəsində ciddi artım müşahidə olunub.   Sfe...

Həmyerlimiz ABŞ-də yüksək vəzifə aldı - FOTOLAR

Həmyerlimiz ABŞ-də yüksək vəzifəyə təyin olunub.    Sfera.az məlumatına görə, Lerik rayonunun Gendov kəndindən olan Zaur Cəlilov Telman oğl...

Xalqımızın böyüklüyü məhz bundadır - İlham Əliyev

Bütün cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyüklüyü məhz bundadır. &...

Elnarə buna görə toylara getmir

“Dənizdə damla olmağı sevməmişəm. Heç kimin etmədiyini etmişəm. Fərqlənməyi sevirəm”.   Sfera.az xəbır verir ki, bu sözləri müğənni Elnar...