Taleh Məmmədov barəsində qərar verildi
Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməkdə şübhəli bilinən Taleh Məmmədov barəsində istintaqı tamamlanmış cinayət işi məhkəməyə göndərilib.
Bu barədə Sfera.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
İbtidai istintaqla müəyyən edilib ki, Taleh Məmmədov 2026-cı ilin may ayında vətəndaşa məxsus tərəvəz məhsullarının Azərbaycan ərazisindən tranzit keçməklə Rusiyaya daşınması zamanı pul vəsaiti alıb. O, həmin yükün Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsində əlavə yoxlanışa məruz qalmadan maneəsiz buraxılmasını təmin etmək müqabilində nüfuz alveri etməkdə şübhəli bilinir.
Toplanmış sübutlar əsasında Taleh Məmmədova Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri) maddəsi ilə ittiham elan edilib. Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilib.






