avtobus
Bu avtobus zolağı artıq 24 saat qüvvədə deyil
Neftçilər prospektində yerləşən avtobus zolağının işləmə qrafikində dəyişiklik edilib. Sfera.az xəbər verir ki, əvvəllər fasiləsiz olaraq 24 saat fəaliyyət göstərən bu zolağın tətbiq qaydalarına yenidən baxılıb. Mövcud yeniliyə əsasən, zolaq hər gün yalnız səhər saat 07:00-dan 10:00-dək və axşam 17:00-dan 20:00-dək qüvvədədir. Göstərilən bu saat aralıqlarından kənar vaxtlarda sürücülərin həmin zolağa daxil olmasına icazə verilir. Qeyd edək ki, Formula-1 ilə əlaqədar Neftçilər prospektinin
Cəmiyyət04.11.2026 18:47
"215"dən şikayət: “Pilləkəndə sıxılıb qalırıq, qapılar zorla bağlanır” – VİDEO
Hövsan qəsəbəsinin sakinləri ictimai nəqliyyatın bərbad vəziyyətindən və intervalın böyük olmasından şikayətlənirlər. Sfera.az -a müraciət edən sakinlərin sözlərinə görə, xüsusilə Hövsan-Türkan marşrutu üzrə hərəkət edən 215 nömrəli avtobusda vəziyyət acınacaqlıdır. Sərnişinlər bildiriblər ki, marşrut xəttində intervallar xeyli uzundur, avtobuslar gəldikdə isə gözlənilməz mənzərə yaranır: “Saat 17:00-dan sonra avtobus dayanacağa daxil olur, sürücü mühərriki söndürür və təxminən 20 dəqiqə
Cəmiyyət29.09.2026 11:28
Avtobus sərnişinlərinə sərt qaydalar: Bu hərəkətlər cərimələnəcək
Sinqapurda ictimai nəqliyyatda yüksək səslə musiqi dinləmək, oturacağa ayaq qoymaq, yemək yemək və zibil atmaq kimi hərəkətlərə görə təxminən 400 dollar cərimə tətbiq ediləcək. Sfera.az xəbər verir ki, Sinqapurda ictimai nəqliyyatda sərnişinlərin narahat edilməsinin qarşısını almaq məqsədilə bəzi davranışlar artıq yalnız nəqliyyat şirkətlərinin qaydaları ilə deyil, qanun pozuntusu kimi də qiymətləndiriləcək. Sinqapur Yerüstü Nəqliyyat İdarəsinin (LTA) açıqlamasına görə, avtobuslarda əvvəllər
Media23.09.2026 23:33
"Bakıda fasiləsiz avtobus dəhlizləri yaradılmalıdır" – Adil Nəbiyev
AYNA sentyabrın 14-dən Bakıda xətlərə buraxılan avtobusların sayını xeyli artırıb. Son məlumata əsasən, 2530 avtobus xəttə buraxılıb. Bu il xidmət göstərən avtobusların sayısı 2022-ci ildəkindən 42 faiz çoxdur. Dörd il əvvəl sərnişinlərə 1780 avtobus xidmət göstərirdi. Nəqliyyat eksperti Adil Nəbiyev Sfera.az -a açıqlamasında bildirib ki, avtobusların sayının artırılması ictimai nəqliyyatın daşıma imkanlarının genişləndirilməsi baxımından mühüm addımdır. Ekspert qeyd edib ki, avtobusların
Gündəm23.09.2026 12:40
Bakıda avtobus intervalı niyə pozulur? — Ekspertdən AÇIQLAMA
Bəzi marşrut avtobuslarının ilk dayanacaqda uzun müddət gözləməsi və gec hərəkətə başlaması sərnişinlərin əlavə vaxt itirməsinə səbəb olur. Mövcud vəziyyətin səbəbləri və nəqliyyatın ümumi fəaliyyətinə təsiri ciddi araşdırma tələb edir. Nəqliyyat eksperti Ağa Dadaşzadə Sfera.az -a açıqlamasında bildirib ki, ilkin dayanacaqda avtobusların gözləməsinin əsas səbəblərindən biri müəyyən edilmiş hərəkət intervalının qorunmasıdır: “Marşrut üzrə interval 8 dəqiqə müəyyən edilibsə, avtobus növbəti
Gündəm22.09.2026 12:42
Bəzi avtobusların marşrutu dəyişdirildi
Bakıda 4 müntəzəm avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilib. Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, paytaxtın Binəqədi rayonunun İbrahimpaşa Dadaşov küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub. Məhdudiyyət səbəbindən 6, 88, 88A və 202 nömrəli müntəzəm marşrutların hərəkəti alternativ olaraq Şövkət Məmmədova küçəsi ilə təşkil edilir.
Cəmiyyət19.09.2026 22:32
Sumqayıtda avtobus azyaşlını vuraraq öldürüb
Sumqayıtda dördyaşlı uşağı avtobus vuraraq öldürüb. Sfera.az xəbər verir ki, hadisə şəhərin Yaşıldərə yaşayış massivində qeydə alınıb. Məlumata görə, 2022-ci il təvəllüdlü Turan Həsənlini avtobus vurub. Ağır xəsarətlər alan uşaq hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.
Hadisə18.09.2026 21:36
Bakıda 9 marşrutun hərəkəti dəyişdirildi
Paytaxtın Həsən Seyidbəyli küçəsində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, məhdudiyyət səbəbindən 6, 10, 18, 31, 37, 39, 53, 77 və 205 nömrəli müntəzəm marşrutların hərəkəti Azərbaycan prospekti – Şəmsi Bədəlbəyli küçəsi – Füzuli küçəsi – Abdulla Şaiq küçəsi – Nəriman Nərimanov prospekti –
Cəmiyyət10.08.2026 17:27








