"215"dən şikayət: “Pilləkəndə sıxılıb qalırıq, qapılar zorla bağlanır” – VİDEO

"215"dən şikayət: “Pilləkəndə sıxılıb qalırıq, qapılar zorla bağlanır” – VİDEO
Kateqoriya məlum deyil
T

Hövsan qəsəbəsinin sakinləri ictimai nəqliyyatın bərbad vəziyyətindən və intervalın böyük olmasından şikayətlənirlər.


Sfera.az-a müraciət edən sakinlərin sözlərinə görə, xüsusilə Hövsan-Türkan marşrutu üzrə hərəkət edən 215 nömrəli avtobusda vəziyyət acınacaqlıdır. Sərnişinlər bildiriblər ki, marşrut xəttində intervallar xeyli uzundur, avtobuslar gəldikdə isə gözlənilməz mənzərə yaranır:


“Saat 17:00-dan sonra avtobus dayanacağa daxil olur, sürücü mühərriki söndürür və təxminən 20 dəqiqə gözləyir. Bu müddətdə avtobus həddindən artıq basabas olur. Hamı sıxlıqla içəri doluşandan sonra sürücü nəhayət yola düşür. Avtobusun pencərələrində “pilləkəndə dayanmaq qadağandır” yazılsa da, insanlar pilləkənlərdə ayaq üstə, sıxlıq içində qalırlar, hətta qapılar belə zorla bağlanır”, – deyə şikayətçilər qeyd edib.


Sakinlərin sözlərinə görə, analoji bərbad vəziyyət 210 nömrəli marşrut avtobusunda da müşahid olunur. Hər gün işdən və təhsildən qayıdan yüzlərlə qəsəbə sakini marşrut azlığı və interval problemindən əziyyət çəkir.


Redaksiyamıza təqdim olunan görüntülərdə də avtobus qapısının güclə bağlandığı, sərnişinlərin basabas şəraitində təhlükəli şəkildə hərəkət etdiyi aydın görünür.


Sakinlər aidiyyəti qurumlardan bu xətlər üzrə nəzarətin artırılmasını və avtobusların intervalsız, normal qrafiklə işləməsinin təmin edilməsini xahiş edirlər.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR