Türkiyədə zəlzələdə həlak olanların sayı 47 975-ə çatıb
Türkiyədə baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 47 975-ə yüksəlib. Sfera.az bildirir ki, bunu Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Yunus Sezer deyib. Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.