İran hava sərhədimizi niyə pozdu? – “Ermənistanla 3 milyard dollarlıq…

İran hava sərhədimizi niyə pozdu? – “Ermənistanla 3 milyard dollarlıq…”

“İranın Azərbaycanın hava məkanını pozması bu ölkənin dövlətimizə qarşı təxribatlarını davam etdirməsi faktı olmaqla yanaşı, həmçinin regionda formalaşan çövrək düzəni pozmaq cəhdidir. Vətən müharibəsindən sonra Azərbaycana qarşı təxribatçı fəaliyyətini genişləndirən Tehran digər tərəfdən Ermənistana dəstəyini də artırmaqdadır”.

 

Sfera.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib. O, bildirib ki, ötən il İran ilə Ermənistan arasındakı ticarət dövriyyəsi 40.0 faiz artaraq 500 milyon dollardan 700 milyon dollaradək yüksəlib:

 

“Bu 2020-ci il ilə müqayisədə təxminən 2.0 dəfə artım deməkdir. Tərəflər yaxın dövr üçün ticarət dövriyyəsini 1.0 milyard dollara çatdımağı hədəfləyirlər. 

 

Hətta Tehran Ermənistan ilə 3.0 milyard dollarlıq dövriyyəyə çatmaq niyyətini də bəyan edib. İran artıq Ermənistanın üçüncü ən böyük ticarət tərəfdaşıdır.

 

2022-ci ildə Azərbaycanın sərhəddindən cəmi 2 km uzaqlıqda yerləşən Qafan şəhərində konsulluq açan İran artıq Ermənstana gündəlik bir milyon kubmetrdən çox mavi qaz ixrac edir. Ermənistan İran vasitəsi ilə enerji idxalını şaxələndirməyə çalışır. 

 

Göründüyü kimi, Ermənistanın hər mənada qayğısına qalan ölkə islamı siyasət səviyyəsinə gətirən İrandır. 

 

Tehran rejimi bir tərəfdən Azərbaycanın güclənməsindən məmun olmadığını gizlədə bilməməklə yanaşı, digər tərəfdən Ermənistana dəstəyini genişləndirməkdədir. 

 

Amma bununla regionda formalaşan yeni düzəni pozmaq, təbii ki, mümkün olmayacaq”.

 

yenisabah.az


OXŞAR XƏBƏRLƏR

Ukrayna meyitlərin qəbulunu təxirə salıb: "Bu, gözlənilmədən baş verib"

İyunun 6-da Rusiya 6000-dən çox meyitin Ukraynaya təhvil verilməsi və yaralıların, ağır xəstələrin və əsirlərin dəyişdirilməsi kampaniyasını həyata keçirməyə ba...

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub.   Sfera.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə qanunverici orqanın sədri Alen...

Cəlilabadda bir ailənin dörd üzvü avtoqəzada xəsarət alıb

Cəlilabadda avtoqəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.   Sfera.az "Report"a istinadən xəbər verir ki, bunlar Biləsuvar rayon sak...

Bakıda minik və yük avtomobilləri toqquşub, 3 nəfər ölüb – FOTO

Bakının Sabunçu rayonunda, Böyükşor gölü yaxınlığında baş verən avtoqəzada 3 nəfər ölüb.   Sfera.az xəbər verir ki, bu barədə “Report”un ...

Barmağına üzük taxılan müəllimə töhmət verildi - RƏSMİ

Sosial şəbəkələrdə Tovuz rayon Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta ümümtəhsil məktəbinin müəlliminə zinət əşyasının alınması ilə bağlı video yayılmas...

Maskdan geri ADDIM – Trampı pedofiliyada ittiham etdiyi paylaşımı SİLDİ

Milyarder İlon Mask “X” sosial şəbəkəsində ABŞ Prezidenti Donald Trampı pedofiliyada ittiham etdiyi paylaşımı silib.   Sfera.az Bizim.Med...