Ərdoğan bu 2 ölkənin təzyiqi altındadır: Apreldə...

Ərdoğan bu 2 ölkənin təzyiqi altındadır: Apreldə...

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan aprel ayında İstanbulda Rusiya və Ukrayna liderləri arasında görüş təşkil etmək istəyir".

 

Bunu Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, professor Çağrı Erhan "Lenta.ru"ya müsahibəsində deyib. O bildirib ki, Türkiyə prezidenti hərbi əməliyyatları davam etdirməyə çalışan, Rusiya ilə istənilən danışıqlara qarşı çıxan ABŞ və Böyük Britaniyanın təzyiqi altındadır.

 

Rusiya və Ukrayna liderlərinin görüşünün baş tutma ehtimalı varmı?

 

Bakı Politoloqlar Klubunun sədri, politoloq Zaur Məmmədov Musavat.com-a açıqlamasında bildirib ki, indiki halda Rusiya və Ukrayna prezidentlərinin görüşə razılıq verəcəkləri və bir-birilə bağlı qapı arxasında görüş keçirəcəyi real görünmür.

 

Ekspert qeyd edib ki, Rusiya və Ukrayna arasında hərbi əməliyyatlar davam edir. Tərəflərin müharibənin dayandırılması ilə bağlı mövqeləri bir-birindən qəti şəkildə fərqlənir:

 

"Çətin ki, iki lider bir-birini görmək istəsin. Ukraynanın arxasında olan qüvvələr öz məqsədlərinə çatmaq üçün indiki mərhələdə müharibənin dayandırılmasının tərəfdarı deyillər. Eyni zamanda ola bilsin ki, bütün qüvvələr müharibənin daha da sərtləşməsinin heç də tərəfdarı deyillər.

 

Ərdoğana gəlincə, Türkiyə lideri o şəxsdir ki, müharibə başlayandan dəfələrlə Rusiya və Ukrayna arasında sülhün əldə edilməsi üçün əlindən gələni etdi. Əgər Türkiyə lideri kimi bir çoxları dünyanı düşünsəydi və tərəflərə təsir edəcək gücə malik olsaydı çoxdan müharibəni dayandırmışdılar. Əfsuslar olsun ki, Türkiyənin bu aktivliyinə, hər iki tərəflə yaxşı münasibətlərinə qısqanclıqla yanaşan qüvvələr öz platformalarında, öz istədikləri zaman müharibənin dayandırılmasının tərəfdarıdırlar. Türkiyənin bu kimi bəyanatlarına, fəaliyyətinə heç də isti baxmırlar".


OXŞAR XƏBƏRLƏR

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub.   Sfera.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə qanunverici orqanın sədri Alen...

Cəlilabadda bir ailənin dörd üzvü avtoqəzada xəsarət alıb

Cəlilabadda avtoqəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.   Sfera.az "Report"a istinadən xəbər verir ki, bunlar Biləsuvar rayon sak...

Bakıda minik və yük avtomobilləri toqquşub, 3 nəfər ölüb – FOTO

Bakının Sabunçu rayonunda, Böyükşor gölü yaxınlığında baş verən avtoqəzada 3 nəfər ölüb.   Sfera.az xəbər verir ki, bu barədə “Report”un ...

Barmağına üzük taxılan müəllimə töhmət verildi - RƏSMİ

Sosial şəbəkələrdə Tovuz rayon Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta ümümtəhsil məktəbinin müəlliminə zinət əşyasının alınması ilə bağlı video yayılmas...

Maskdan geri ADDIM – Trampı pedofiliyada ittiham etdiyi paylaşımı SİLDİ

Milyarder İlon Mask “X” sosial şəbəkəsində ABŞ Prezidenti Donald Trampı pedofiliyada ittiham etdiyi paylaşımı silib.   Sfera.az Bizim.Med...

İlham Əliyev ilə Şahbaz Şərif arasında telefon danışığı olub

İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olu...