\"Sanki ölkəmizdə nüfuzlu din xadimlərinin olmasını istəmirik\" - Qüdrət Həsənquliyev

\

"Belə insanların həyatı gənclərə bir örnək olmalıdır". "Kütləvi şəkildə onun qəbrinin ziyarət olunmasından narahat olmağa dəyməz".


 
Sfera.az xəbər verir ki, bunu BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev  Moderator.az -ın sualını cavablandırarkən deyib.

 

- Qüdrət bəy, sosial şəbəkələrdə Hacı Şahinin dəfninə çoxlu insanların gəlməsindən, onun qəbrinin kütləvi ziyarət olunmasından sanki bəzi insanların narahatlıq keçirdiyi hiss olunur. Bu məsələyə sizin münasibətinizi bilmək istərdik.


 
- Din insanları pis əməllərdən çəkinməyə, xeyirxahlığa çağırır. Ona görə inanclı insanlar cəmiyyətin daha ədalətli və humanist olmasına ciddi töfhə verir. Amma insanlar sosial ədalətsizlikdən əziyyət çəkməsi səbəbindən, məmur özbaşınalığından qorunmaq üçün Allaha tapınırlarsa, yaxud siyasi məqsədlər naminə dinə gəlirlərlərsə bu bizi ciddi narahat etməlidir. Təəssüf ki, qeyd etdiyim səbəblərdən dinə gələnlərin sayı da kifayət qədərdir. Hacı Şahinə Allah rəhmət eləsin, onun vaxtsız ölümü xalqımızı xeyli kədərləndirdi. O xalqını və dövlətini sevən, ona sədaqətlə xidmət edən, xarici dairələrin əlində oyuncaq olmayan din xadimi idi. Onun dini bilikləri yetərincə idi, güclü məntiqə sahib idi. Yaxşı natiq, insanları yormayan, onların ruhunu sakitləşdirən səsə malik idi. Kin-küdurətdən uzaq bir şəxs idi. Dinin dövlətdən uzaq olmasını istəyirdi, dünyəvi dövlət tərəfdarı idi. O ətrafında olan, ona inanan insanlardan siyasi məqsədlər üçün istifadə olunmasına, siyasi proseslərə cəlb olunmasına imkan vermirdi, çünki bilirdi ki, din siyasətlə birləşəndə və səhv siyasi qərarlar qəbul olunanda (bu ehtimal isə həmişə var) din də gözdən salınır, insanların hər şeyə, o cümlədən ali mənəvi dəyərlərə də inamı itir. İranın nümunəsi gözümüz önündədir. Bu mövqeyinə görə onun barəsində müxtəlif xarici dövlətlərə işləyən və onun nüfuzundan qorxan, paxıllıq edən şəxslər tərəfindən şaiyələr yayılırdı, amma təmiz və xalqımıza bağlı olduğundan heç nə ona yapışmırdı. Hacı Şahin təmiz və qayğıkeş insan imici qazanmışdı. Onu xalqa sevdirən də bu keyfiyyətləri idi. Bu baxımdan belə insanların həyatı gənclərə bir örnək olmalıdır. Kütləvi şəkildə onun qəbrinin ziyarət olunmasından narahat olmağa dəyməz. Dünyanın heç bir ölkəsində bizdəki qədər din xadimləri əsassız hücumlara məruz qalmır. Sanki ölkəmizdə nüfuzlu din xadimlərinin olmasını istəmirik.
 


OXŞAR XƏBƏRLƏR

7 iyun – Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

Bu gün dünyada Ümumdünya Qida Təhlükəsizliyi Günü qeyd olunur.    Sfera.az xəbər verir ki, 2018-ci ildə BMT-nin Baş Assambleyasının qərarı ilə t...

Ukrayna meyitlərin qəbulunu təxirə salıb: "Bu, gözlənilmədən baş verib"

İyunun 6-da Rusiya 6000-dən çox meyitin Ukraynaya təhvil verilməsi və yaralıların, ağır xəstələrin və əsirlərin dəyişdirilməsi kampaniyasını həyata keçirməyə ba...

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub.   Sfera.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə qanunverici orqanın sədri Alen...

Cəlilabadda bir ailənin dörd üzvü avtoqəzada xəsarət alıb

Cəlilabadda avtoqəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.   Sfera.az "Report"a istinadən xəbər verir ki, bunlar Biləsuvar rayon sak...

Bakıda minik və yük avtomobilləri toqquşub, 3 nəfər ölüb – FOTO

Bakının Sabunçu rayonunda, Böyükşor gölü yaxınlığında baş verən avtoqəzada 3 nəfər ölüb.   Sfera.az xəbər verir ki, bu barədə “Report”un ...

Barmağına üzük taxılan müəllimə töhmət verildi - RƏSMİ

Sosial şəbəkələrdə Tovuz rayon Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta ümümtəhsil məktəbinin müəlliminə zinət əşyasının alınması ilə bağlı video yayılmas...