Türkiyədəki seçkilərə 36 siyasi partiya qatılacaq
Kateqoriya məlum deyil
Türkiyədə mayın 14-də keçiriləcək prezident və millət vəkili seçkilərinə 36 siyasi partiya qatılacaq.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Mərkəzi Seçki Komissiyasından bildirilib.
Qeyd olunub ki, səsvermə yerli vaxtla saat 08:00-da başlayıb 17:00-da bitəcək.






