Ərdoğan bu şəhərlərdən rekord səs qazanıb - SİYAHI
Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğanın seçkilərin birinci turunda rekord səs qazandığı şəhərlərin adları məlum olub. Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 64 milyon seçicinin iştirak etdiyi səsvermə prosesində 27 milyon 88 min 360 (49,51%) səs qazanan Ərdoğana ən çox Qara dəniz bölgəsinin 3 vilayətindən (Bayburt, Gümüşhane, Rize) dəstək gəlib. Siyahını təqdim edirik: Bayburt: 78,86% Gümüşhane: 74,42% Rize: 72,81% Yozgat: 72,66% Çankırı: 72,14% Kahramanmaraş: 71,88%