Logo

"Ölkəyə daha çox silahla qayıtmışam" - Avropa səfərini başa vuran Zelenski

"Ölkəyə daha çox silahla qayıtmışam" - Avropa səfərini başa vuran Zelenski
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Avropanın 4 ölkəsinə səfərini başa vuran Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciət edib.

Sfera.az bildirir ki, o, çıxışı zamanı səfərlərin detalları barədə danışıb. Ölkəyə daha çox silahla qayıtdığını deyən Zelenski bütün görüşlərində sülh danışıqlarının müzakirə edildiyini bildirib.

“Hazırda tərəfdaşlarımız arasında Ukrayna düsturuna əməl etməyə, Aİ-yə daxil olmağımıza daha çox dəstək verən var. Eyni zamanda, Ukraynanın NATO-ya qoşulacağı və bunun qaçılmaz olduğu barədə fikirlər çoxdur, - o deyib.

Zelenski 2 milyard 700 milyon avroluq müdafiə paketinə görə Almaniyaya təşəkkür edib:

“Bundan əlavə, Almaniya müdafiə üçün 11 milyard avro ilə uzunmüddətli perspektivdə ölkəmizə dəstək verəcək. Fransaya Rusiya terrorizmi ilə mübarizədə əsgərlərimizə verdiyi yeni imkanlara görə təşəkkür edirəm, lakin indi detallar barədə danışmağın vaxtı deyil. Əlavə avadanlıq və zirehli maşınlara görə minnətdarıq. Həmçinin, müasir Qərb təyyarələrində pilotların hazırlanması üçün koalisiya yaradırıq. İngiltərə, Polşa razılaşdı və əminəm ki, Fransa və digər tərəfdaşlar da buna qoşulacaqlar”.

Türkan

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR